XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevin anım günüdür

Polis polkovniki Əbil Rzayev Hüseyn oğlu 1 dekabr 1944-cü ildə Qubadlı rayonunun Qaraqoyunlu kəndində anadan olub.

Əbil Rzayev orta məktəbi bitirdikdən sonra 2 illik həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti nümunəvi olaraq, başa vurduqdan sonra, zabit olmaq arzusu ilə SSRİ DİN Daxili Qoşunların Ordjanakidze şəhərində yerləşən Ali Hərbi məktəbinə daxil olmuşdur. Əbil Rzayev leytenant hərbi rütbəsi aldıqdan sonra Azərbaycanda xidmətini davam etdirmişdir. O SSRİ DİN-nin Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissəsində müxtəlif zabit kimi Batalyon komandiri vəzifəsinədək yüksəlmiş, nümunəvi xidmət etmiş və komandanlıq tərəfindən bir çox dövlət təltifləri,orden və medallar, fəxri fərmanlara layiq görülmüşdür.

1990-cı ilin əvvəlində Əbil Rzayev Daxili İşlər Naziri general-mayor Məhəmməd Əsədovun təkidi və təklifi ilə DİN sıralarında xidmətini davam etdirmək üçün Xüsusi Təyinatlı Rotaya (RSN) Komandir vəzifəsinə təyinat almişdir. 1980-ci illərin sonlarından etibarən SRRİ-də Sov. İKP Mərkəzi Komitəsi əksər müttəfiq respublikalarda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə Xüsusi Təyinatlı Milis Dəstəsi yaratmağı qərara aldı.

Bu səbəbdən 1990-cı ilin 30 mart tarixində Daxili İşlər Naziri general-mayor Məhəmməd Əsədov və onun müavini Ramiz Məmmədovun rəhbərliyi ilə Azərbaycan SSR özünün ilk hərbi dəstəsini — «Xüsusi Təyinatlı Milis Dəstəsi»-ni yaradıldı. 1990-cı ilin avqust ayında Azərbaycanın Daxili İşlər Naziri general-mayor Məhəmməd Əsədovun əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsinə ilk Komandir polis polkovnik-leytenantı Əbil Rzayev təyin olundu. “OMON” kimi məşhurlaşan Xüsusi Təyinatlı Milis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların dayağı olub. Respublikanın ən qaynar nöqtələrinə ezam olunan “OMON”-çular ermənilərin qorxduğu əsas qüvvə olub.

İlk əvvəl OMON, 60 nəfərə yaxın hərbi dəstə olmuşdur. XTMD-nin ilk rəsmi hərbi əməliyyatı 1990-cı ilin noyabr ayında Xocalı aeroportunun nəzarətə götürülməsi oldu. Əməliyyata kapitan Elmar Hüseynov rəhbərlik etmişdi. Axşamdan başlayaraq, səhərə yaxın bir güllə belə atılmadan uğurla başa çatdı və nəticədə Dağlıq Qarabağdan yeganə çıxış nöqtəsi olan bu obyekt 1 ildən çox Azərbaycan OMON-nun nəzarətində qaidı. Azərbaycan OMON-u 1991-ci ilin May-Avqust aylarında Çaykənd (Koltso) əməliyyatını həyata keçirmişdir. Bu dəstənin iştirakıyla Azərbaycanın bir çox rayonlarında (Qazax, Tovuz, Gədəbəy,Ağdam, Ağdərə, Füzuli, Şuşa, Laçın, Xocavənd, Xankəndi, Goranboy, Goygöl və s.) 23 kənd azad edilmişdir.

Erməni separatçıları tərk-silah olunmuş, ələ keçirilən terroristlər həbs edilmiş, mülkü ermənilər isə Ermənistana deportasiya edilmişdir. Bu Qarabağ savaşında Azərbaycanın ilk hərbi uğurları idi. Çaykənd əməliyyatından sonra, yəni 1991-ci ilin aprel-may aylarından etibarən OMON Qarabağ savaşında aktiv iştirak etmiş, mühüm hərbi əməliyyatlarda xalqımıza qələbələr bəxş etmişdir. OMON-un 1990-cı ilin Avqust ayından 1991-ci ilin oktyabr ayına qədər bu əməliyyatlara şəxsən OMON-nun ilk komandiri əfsanəvi şəxsiyyət, polkovnik Əbil Rzayev rəhbərlik edirdi.

1991-ci ilin oktyabr ayında müxtəlif qrupların təzyiqi ilə polis polkovnik-leytenantı Əbil Rzayev XTPD-nin Komandiri vəzifəsindən azad edildi. Əbil Rzayev hansı vəzifədə olmağından asılı olmayaraq həmişə vətənə sədaqətlə xidmət etmişdir.

O, əsl kişilik, mərdlik məktəbi idi. Bir müddətdən sonra Əbil Rzayev Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilir. Əbil Rzayev 25.09. 2002-ci ildə 58 yaşında vəfat edib.


ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD MƏKANI CƏNNƏT OLSUN!

Lalə Həsənova

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 4
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •