Paşinyan təcili hökumət üzvlərini və qubernatorları bir yerə topladı. Orduya 1 nömrəli əmr verilib. ERMƏNİSTANDA NƏ BAŞ VERİR?

Erməni KİV-lərinin verdiyi məlumatlara görə, səlahiyyətlilər parlament üsul-idarəsinin özünü doğrultmadığına inandıqları üçün yenidən prezidentlik modelinə qayıtmaq istəyirlər.

Ədliyyə naziri Rüstəm Badasyan bu keçidin real olmadığını qeyd edib, çünki bu, Konstitusiyaya uyğun olaraq həyata keçirilə bilməz.

Qəzet yazır ki, “Mənim addımım” blokunun nümayəndələri “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyan ətrafında baş verən hadisələr barədə məsələ qaldırıblar.

Nəşrin mənbələrinə görə, “Mənim addımım” parlament fraksiyasının deputatı Sofiya Ovsepyan parlamentlə hökumət arasındakı əlaqənin kəsildiyi və hökumət nümayəndələrinin həftələrdir deputatların məktublarına cavab vermədikləri barədə sual səsləndirib.

Cavab olaraq Geğarkunik bölgəsinin qubernatoru Gnel Sanoyan problemin tez həll olunması üçün yazmamağı, zəng etməyi təklif edib.

Publika.az-ın yazdığına görə, Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı.

Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb.

Nikol ona qarşı çevrilən daxili ictimai rəyin yönünü dəyişdirmək və özünü xilas etmək üçün dünən – 25 sentyabr – iki addım atdı.

Birincisi, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan həbs edildi. Bu, daxili siyasi seqmentdə gündəmin dəyişməsinə hesablanıb.

İkincisi, cəbhədə təxribat hücumlarına hazırlıq gedir.

Ermənistan mediası bir neçə saat öncə — yerli vaxtla saat 22:00 radələrində Dağlıq Qarabağdakı bütün hərbi hissələrin 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyi haqda məlumat yayıb. Məlumata görə, işğal olunmuş ərazilərdəki zabit heyəti tam şəkildə hərbi hissələrə çağrılıb.

Cəbhədə gecə hücumunun olaca biləcəyi istisna deyil.

Paşinyan bununla diqqəti “xarici düşmən” obrazı ətrafında cəmləmək və hakimiyyətini gücləndirmək üçün Əliyevdən xahiş edən baş nazir imicini “hücum edən komandan” imici ilə əvəzləmək istəyir.

Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən dediyi “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir” sözləri də təsadüfi deyil.

“İravunk” qəzetinin yazdığına görə, Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissələrində hərəkətlilik artıb.

Məlumata görə, təxminən iki saat əvvəl bütün hərbi hissələr 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib. Bütün zabit heyəti də hərbi hissələrə çağırılıb.

Qəzet müxtəlif mənbələrdən xəbərin təsdiqləndiyini yazır, lakin separatçıların sözçüsü Vaqram Poqosyan bunu təkzib edir.

Yeri gəlmişkən, Ermənistan müdafiə naziri David Tonoyan hazırda Moskvadadır. Bunun fonunda yayılan belə məlumatlar erməni hərbi birləşmələrin cəbhədə təxribat hücumuna keçə biləcəyi ehtimalını artırır.

Bu xəbəri paylaşın: