General-mayorumuzun qisası alındı: Erməni generalı gəbərdildi

Ermənistan Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan raket zərbəsi nəticəsində öldürülüb.

Fedai.az-ın İnterAz-a istinadən xəbərinə görə, rəsmi Yerevandan Qarabağ istiqamətində, döyüşlərdə iştirak etmək məqsədi ilə Ermənistanın ordu hissələri və vəzifəli şəxslər işğal olunmuş Azərbaycan ərazilərinə gəlməkdə davam edirlər.

Belə ki, bu gün səhər saat 9 radələrində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan bir sıra digər vəzifəli şəxslərlə döyüş bölgəsinə gələnlər arasında olub.

Ermənistan elektron mediyasının verdiyi məlumata əsasən bu gün 28 sentyabr, günorta saat 14 radələrində Azərbaycan ordusunun raket zərbələri nəticəsində general-mayor Arakel Martikyan tələf olub.

Azərbaycan tərəfi bu əməliyyatı Tovuz döyüşləri zamanı Şəhid olan Azərbaycan Generalı Polad Həşimovun qisası hesab edir.

Bu xəbəri paylaşın: