Xocalı qatilləri ənənvi olaraq mülki əhalini hədəf alıb

Xəbər verdiyimiz kimi Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar. Dünyanın bu faktlara etinasız yanaşması səbəbindən heç bir hərbi hədəf olmayan yaşayış məskənləri bu gün də düşmənin artileriya hücumlarına məruz qalıb. Tərtər rayonuna, Ağdam və Füzuli rayonlarına açılan hədəflər mülki əhalinin yaşayıb işlədiyi obyektlər olub.

“Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır”.

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Lakin Beynəlxalq hüquq normalarını heçə sayan erməni rejimi bu gün də öz cinayətlərini davam etdirməyə çalışır. 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Tərtər şəhərində isə daha iki nəfərin atılan mərmilərdən öldüyü bildirilir.

Azərbaycan Respublikası Baş Prokurorluqdan verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri — rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini — xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Bu gün Azərbaycan öz torpaqlarında faşizmə yuvarlanmış terror qruplarına qarşı apardığı ədalətli antiterror əməliyyatlarına qarşı çıxmaqla terrora dəstək vermiş olduqlarını unutmasınlar.

Bu xəbəri paylaşın: