Ermənistan Respublikası Baş nazirinin həyat yoldaşı Anna Akopyan Xankəndin (Stepanakertin) sığınacaqlarını ziyarət edib. «Armenpress» in verdiyi məlumata görə, Anna Akopyan bu barədə Facebook səhifəsində paylaşım edib.
“Bu səhər mülki şəxslərin, qadınların, uşaqların və qocaların sığındığı sığınacaqları ziyarət etdim. Stepanakert 1 saylı internat məktəbinin də bir sığınacağa sığınan şagirdlərini ziyarət etdim” — deyə yazıb.
Silahla Qarabağda poza verən Anna Akopyan daha sonra sayı bilinməyən yüzlərlə yaralıya baş çəkib. Bu dəfə poz verməyə ehtiyac olmayıb. Pozanı QƏHRƏMAN AZƏRBAYCAN ƏSGƏRİNİN mərmisiylə uzanmış erməni əsgərləri verib. Paşinyanın Annası bu dəfə zirzəmiyə sığınmış siçovulların və çarpayılıq olmuş erməni əsgərlərinin «poza»larına baxmaqla kifayətlənib…
Fedai.az