Xalq-Lider-Ordu birlikdədir. «Biz birlikdə güclüyük!» 

Məkrli düşmən savaşda da öz riyakarlığını və həyasızlığını davam etdirir. Bu sahədə yalan informasiyaların yayılmasına çalışır. Bu işdə Rusiyanın satılmış mətbuatı aşkar alətə çevrilib. Hər iki mənada Rusiya iformasiya vasitələri erməni işbazlar tərəfindən satın alındığı barədə yüzlərlə məlumat yazmışıq. 

İnformasiyaların hədəfləri güya bizim tərəfdə suriyalı-livanlı muzdluların olması, Türkiyənin döyüşlərdə iştirakı, mülki sakinlərin vurulması və s. kimi feyk-xəbərlərlə yanaşı, İran ərazisinə mərmi atılması, Vardenis ərazisindən Daşkəsənə atəş açılması, mülki əhalini hədəf seçmək kimi iyrənc və antihumanist savaş qaydalarına zidd bir üsulla, Rusiya (KTMT) və İranı müharibəyə cəlb edilməsi hədəfləri aydın görünür. Yazıqlar olsun ki, özlərini «vətənpərvər» elan edərək erməni yalı ilə bəslənən xaricdəki psixoloji cəhətdən nataraz binamus yığnağı, 90-cı illərdən erməni sifarişlərini həyata keçirən «ermənidən də pis olan müxalif» ünsürlər öz xislətləri ilə erməni köpəyi olduqlarını bir daha ortaya qoydular.

Ali Baş Komandan cənab İlham Əliyevi hədəfə alan düşmənlə eyni sırada dayanan bu xainlər bizdən deyillər və hər kəsi bu milli xainlərlə mübarizə səsləyirik.


Xalq-Lider-Ordu birlikdədir. «Biz birlikdə güclüyük!» 

Ən böyük bizim Komandan, ən güclü bizim Ordu, ən qüdrətli bizim Xalqımız! Vətən uğrunda savaş bizim üçün toy-bayramdır.


Bu gün «Hər gün Qarabağ, hər kəs Qarabağ və hər yer Qarabağdır!» Hər kəsi köhnə döyüşçülər adından Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməyə çağırırıq.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: