Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində daha bir mülki şəxs öldü

Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.

Fedai.az-ın verdiyi xəbərə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.(APA)

Bu xəbəri paylaşın: