BMT Qarabağa görə təcili toplandı

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Bağlı qapılar arxasında keçən iclasda Şuranın 15 daimi və qeyri-daimi üzvü iştirak edib. Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

Xatırladaq ki, Azərbaycan elə bu qurumun qəbul etdiyi 4 qətnaməni həyata keçirməkdədir.

Bu xəbəri paylaşın: