Ermənistanda hərbçilərin hökümətə qarşı narazılığı böyüyür.
Fedai.az Day.Az-a istinadən bildirir ki, ermənilər baş nazir Nikol Paşinyana vədlərin yerinə yetirilməməsi üçün nifrət edirlər.
Erməni hərbçilərindən biri uşaqları ilə birlikdə ağlayaraq Paşinyana videomüraciət ünvanlayıb. Hərbçi videoda deyir ki, Paşinyanın heç bir sözünə inanmır.
«Ailəm, uşaqlarım acından ölürlər, onları təmin edə bilmirəm», — işğalçı deyir.