Atəşkəs dövründə həlak olan Azərbaycan hərbçilərinin və mülki şəxslərin statistikası

«Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib”.


APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.


O bildirib ki, atəşkəs imzalanandan — 1994-cü il may ayının 12-dən indiyə qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs öldürülüb: «Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib”.


K. Əliyev atəşkəs imzalandıqdan indiyə qədər 1038 hərbiçinin, 69 mülki şəxs yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu açıqlayıb: «Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”.

Bu xəbəri paylaşın: