*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA EŞQ OLSUN!
***Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi «Twitter» səhifəsində paylaşım edilib

Paylaşımda qeyd edilib:
2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!
*** Azərbaycanın daha yeddi kəndi işğaldan azad olundu

Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib. Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sosial media hesabında bildirib.
***Suqovuşanı işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycan Televiziyasına danışıb

Qələbə sevincini paylaşan H.Həsənov Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü bildirib. General-mayor bu qələbənin davamı olacağına da əminliyini bildirib.
***“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini tənha hiss edirlər”

“Report” xəbər verir ki, “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer bu sözləri “Twitter”də yazıb.
“Demək olar, hamının tanışlarından kimisə orduya çağırıblar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, — deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, — o qeyd edib.
Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi baş tutacağı gözlənilir. Xatırladaq ki, ötən gün “Bild”in digər redaktoru Yulian Röpke erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-larının qarşısında acizliyindən söz açıb.
***Paşinyan Hitlerin düşdüyü isterikaya uyğun bir şəkildə xalqa müraciət edib

İşğalçı ölkənin düşdüyü vəziyyət erməni baş nazir Nikol Paşinyanın bu gün “xalqa müraciət” adlı videoçıxışında aydın görünür. Çıxışında Azərbaycanı ittiham edən, məğlubiyyətini gizlətmək üçün müxtəlif iddialar irəli sürən Nikol etiraf etdi ki, çoxsaylı canlı qüvvə və hərbi texnika itiriblər.Diqqət çəkən məqam Paşinyanın isteriya içində olması, danışarkən qışqırması, ağlamaq həddinə çatması idi. Hirslə salona daxil olan erməni baş nazir belə demək mümkünsə, ağzına gələni danışdı, qışqırdı, bağırdı və dərhal salonu tərk etdi.
Bu, işğalçı Ermənistanın düşdüyü ağır vəziyyətin əyani tablosudur.
***Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb

Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını — 4 «KamAZ» və 1 «QAZ-54» markalı avtomobil hərbi qənimət kimi ələ keçirib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.
***Paşinyan “France24” telekanalına verdiyi müsahibədə Ankaranın Türkiyənin sərhədlərini genişləndirməyə çalışdığını iddia edib.

Türkiyəni yeni qondarma soyqırım cəfəngiyyatı ilə ittiham edən işğalçı ölkənin rəhbəri Avropa dövlətlərinə “ağıl verməyi” də yaddan çıxarmayıb: “Türkiyənin türk imperiyasını yenidən qurmaq kimi bir hədəfi var. Bu hədəfləri reallaşsa, təəccüblənməyib. Türkiyə bunu bacarsa, Vyanaya qədər gedib çıxacaq”.
Türk mediası Nikol Paşinyanı “qorxudan nə dediyini bilməyən axmaq” adlandırıb.
***Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinin balkonlarında qeyd edirlər

Paytaxt sakinləri «Qarabağ!», «Qarabağ Azərbaycandır!» ifadələrini səsləndirir, alqışlayır, atəşfəşanlıq edir və mahnı oxuyurlar. 3 oktyabr axşamı 1-ci Ordu Korpusu işğaldan azad edildikdən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə kəndə tarixi adı — Suqovuşan adı qaytarılıb. Daha sonra Tərtər rayon Talış kəndinin, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndinin azad edilməsi xəbər verilib.
***Ermənistanın daha iki polkovniki zərərsizləşdirildi

Azərbaycan Ordusunun zərbələri nəticəsində bu gün ölən erməni hərbçilərindən ikisi yüksək rütbəli zabitdir.
Bu gün məhv edilənlərdən biri Gevorq Albertoviç Baqiyan polkovnik, Yerem Vanuşeviç Qalstyan isə polkovnik-leytenantdır. Ermənistan Müdafiə Nazirliyi bu gün daha 51 hərbçisinin öldüyünü rəsmən etiraf edib. Beləliklə, Ermənistan MN-in etiraf etdiyi itki sayı 207-yə qalxıb. Əslində isə düşmənin itkiləri 4000 nəfərdən artıqdır.
***İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq Ordumuzun nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparılır. Bu barədə «Azərkosmos» ASC məlumat yayıb.

«Bu gün cəsarətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq», — açıqlamada deyilir.***Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
***Almaniyada “Erməni terroru və işğalına yox” yürüşü keçirilib

Almaniyada yaşayan azərbaycanlılar Ordumuzun uğurla davam etdirdiyi anti-terror əməliyyatına dəstək olmaq məqsədi ilə “Erməni terroru və işğalına yox” adlı yürüş keçiriblər. Həmvətənlərimizin yürüşü Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutub. Yürüşdə Almaniyanın digər əyalətlərində yaşayan həmvətənlərimiz də iştirak ediblər. Düsseldorf şəhər dəmir yolu vağzalı qarşısından start götürən yürüş toplanış məntəqəsinə qədər mərkəzi küçələrlə davam edib.
***Qondarma separatşı rejimin quldurbaşı ön cəbhəyə sağ gedib, salamat qayıtmayıb

Araik Arutunyan gözü 4 olmaqla xüsusi təyinatlıların müşaiyəti ilə hanssa mövqedə olub. Ön xəttini itirən quldurbaşı hələ də «qəhrəman» erməni əsgərindən danışıb. Çox güman ki, 4000 erməni leşlərini seyr edirmiş.
Başqa bir məlumatda isə, Azərbaycan ordusunun əks hücumu nəticəsində işğalda olan Ağdərə bölgəsindəki separatçıların inzibati binası dağıdılıb.
Bu barədə məlumatı Caliber, Telegram kanalında yayılmış mənbələrə istinadən xəbər verib. Araik Harutyunyan və xüsusi xidmətin rəhbəri Kamo Ağacanyanın bir müddət binanın altındakı bunkerdə qalmalı olublar. Məlumata görə, Arutyunyan yaralanıb, bəzi mühafizəçiləri və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin üzvləri öldürülüblər.
***Tурецкие беспилотники Bayraktar TB2 могли использоваться в Нагорном Карабахе для того, чтобы уничтожить системы противовоздушной обороны 9К33 «Оса» и 9К35 «Стрела-10», разработанные еще во времена СССР.

Об этом заявил на страницах Forbes военный эксперт Себастьян Роблин, передает Лента.Ру. Азербайджан довольно активно в последние годы приобретал беспилотник и другую военную технику. Ранее сообщалось, что на его вооружении появились израильские БПЛ, собираемые компанией Israel Aerospace Industries (IAI). Возможно, Баку получил и турецкие Bayraktar TB2, которые «зарекомендовал себя в бою, особенно против средств ПВО ближнего действия, в Сирии и Ливии», где их использовали для уничтожения российских ЗРПК «Панцирь-С1».
***Paşinyan axmaqlığını davam etdirərək Rusiyanın Qarabağda sülhməramlı qüvvə yerləşdirməsinə razı olduğunu bəyan edib. Bu həyasız adam, hələ də qanmaq fikrində olmadığı ortadadır.

Rusiyanın cavabı özünü çox gözlətməyib.
“Rusiya Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirə bilər”. RBK xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib: “Yalnız tərəflərin razılığı ilə sülhməramlılar yerləşdirilə bilər”.
QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: N. Məmmədli