Ermənistan tərəfi Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəni atəşə tutub. Gəncədə insanların sıx yaşadığı əraziyə kütləvi raket hücumları edilib.
Bu barədə görüntüləri prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabından paylaşım edib.
Görüntülərdə Ermənistan tərəfinin Gəncəni atəşə tutması nəticəsində qeydə alınan dağıntılar əks olunub.
Həmin videogörüntüləri təqdim edirik:(Oxu.az)
Results of Armenia’s massive missile attacks against dense residential areas in Ganja city. Azerbaijan retains its right to take adequate measures against legitimate military targets to defend civilians and enforce Armenia to peace. 4 new missile just hit Ganja. pic.twitter.com/GInYCJyJc6— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020
P.S. Raket hücumunda mülkü əhaliyə qarşı uzaq mənzilli raketdən istifadə olunub. Makron kimi şərəfsizlərin münasibətini gözləyirik. Düşmənin məqsədi əhali arasında vahimə yaratmaqdan ibarətdir. Şaiyələrə uymayın!
Bu nüans xarici mətbuatın da diqqətindən qaçmayıb. Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke “Twitter”də yazıb: “Gəncəyə ağır raket hücumu baş verib. Bu hücumu kim edibsə, iki tərəf arasında total müharibənin əsasını qoyub”.
Xatırladaq ki, Y. Röpke münaqişələr üzrə ekspertdir.
Allah əsgərimizi qorusun!