“Onları iti qovan kimi qovuruq. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır”.
Fedai.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı deyib:
“Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir. Biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürür. Sən kimsən ki bizə şərt qoyursan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun”.
«Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız?»
Daha sonra Ali Baş Komandan Ermənistanın hərbi-siyasi rejiminin rəhbərliyinə aşağıdakıları ünvanlayıb:
Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! O, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu.
Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Necə ki, baza prinsiplərində bu təsdiq edilib. Mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam. Necə ki baza prinsiplərində bu təsdiq edilib.
Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm. Və desin ki, Qarabağ Ermənistan deyil.
Sonuncu şərt: qrafik versin. İşğal edilmiş torpaqlardan Ermənistan Silahlı Qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indiki şiddətli döyüşlər getdiyi müddətdə bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar”.