Bu şərtləri 2016-cı ildə yayınlamışdım. Bu gün də aktualdır və əməl olunmalıdır. Biz sadəcə düşmənə qarşı düşmən kimi mübarizə aparmalıyıq.
Düşmən tərəfi Birinci Qarabağ savaşında işlətdiyi “informasiya savaşı” taktikasını cüzi dəyişikliklərlə yenidən işə salıb. Lakin Azərbaycan Rəhbərliyi və Müdafiə Nazirliyi bu taktikanı bilməsi səbəbiylə uzaqgörən, uğurlu bir üsul seçdi. İnformasiyaların maksimum dərəcədə sızdırılmaması düşmən tərəfi çaş-baş salıb. Bu gün informasiya qıtlığından boğulan düşmən ən ucuz vasitələrə əl ataraq özünü ifşa edir. Bu gün düşmən əlaltılarının xalqı Müdafiə Nazirliyindən məlumat tələb etməyə çağırması düşmən sifarişidir. Rəsmi olmayan informasiyalara inanmayın və yaymayın. «Özünü reklam» üçün uydurma xəbərlər yayan jurnalistlərə və saytlara inanmayın.
Unutmaq lazım deyil ki, savaşın öz qanunları var və hər birimizin bu qanunlara tabe olmağımız vacibdir. Hazırda düşmənin dezinformasiya və təxribatlarına aşağıdakılar daxildir:
-Terror və s. ekstremal hadisələrin baş verəcəyi barədə şayiələrin yayılması;
— İri və əhalinin sıx olduğu şəhərlərin hədəfə alınmasında məqsəd, əhali arsında qorxu, vahimə, çaşqınlıq və xaos yaratmaqdır;
-İctimai yerlərə, sosial şəbəkələrə, saytlara əsası olmayan xəbərlərin daşınması və yerləşdirməsi;
-Cəbhədə yayılan məlumatların, təslimçilik ruhlu xəbərlərin ötürülməsi;
-Dezinformasiyaların cəmiyyət şüurunun alt qatlarına sirayət etməsinə çalışmaq;
-Milli barışa, sabitliyə xələl gətirəcək şəkildə iqtidar-müxalifət münasibərlərinin kəskinləşdirilməsi;
-Yeni münaqişə ocaqlarının yaradılması;
-Müxalif meyilli radikal qrupların birləşdirilməsi;
-Müharibənin əleyhinə patsefist süarlı yürüyüşlərin təşkili;
-Erməni ordusunun məğlubedilməzliyi barədə mifin formalaşdırılması;
-Əldə edilmiş nailiyyətlərin heçə endirilməsi, silahlanmaya xərclənən vəsaitlərin şişirdilməsi;
-Düşmən tərəfinin itkilərinin qəsdən azaldılması və s. əks etdirən kadrların, fotoşəkillərin və xəbərlərin yayılması, bu konteksdə bizim itkilərimizin şişirdilməsi;
-Müharibə əleyhinə patsefist çıxışlar;
-Etnik separatizmin alovlandırılması;
-İran, Türkyə, Rusiya, Türkmənistan, Gürcüstan kimi həmsərhəd ölkələrlə münasibətlərə xələl gətirə biləcək məqalələr, şərhlər və hətta statusların təşkili;
-Dini, irqi və məzhəb ayrı-seçkiliyi salmaq;
-Əhali arasında xof, qorxu, inamsızlıq və s. yaradan şayiələrin yayılması;
-Azad edilmiş ərazilərdə düşmənin əlindən alınmış hərbi-strateji mövqelərin əhəmiyyətinin miqyasının aşağı salınması;Düşmən tərəfi Birinci Qarabağ savaşında işlətdiyi “informasiya savaşı” taktikasını cüzi dəyişikliklərlə yenidən işə salıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu taktikanı bilməsi səbəbiylə uzaqgörən və uğurlu bir üsul seçdi. İnformasiyaların maksimum dərəcədə sızdırılmaması düşmən tərəfi çaş-baş salıb. Bu gün informasiya qıtlığından boğulan düşmən ən ucuz vasitələrə əl ataraq özünü ifşa edir. Bu gün düşmən əlaltılarının xalqı Müdafiə Nazirliyindən məlumat tələb etməyə çağırması düşmən sifarişidir.
Unutmaq lazım deyil ki, savaşın öz qanunları var və hər birimizin bu qanunlara tabe olmağımız vacibdir. Hazırda düşmənin dezinformasiya və təxribatlarına aşağıdakılar daxildir:
-Terror və s. ekstremal hadisələrin baş verəcəyi barədə şayiələrin yayılması;
-İctimai yerlərə, sosial şəbəkələrə, saytlara əsası olmayan xəbərlərin daşınması və yerləşdirməsi;
-Cəbhədə yayılan məlumatların, təslimçilik ruhlu xəbərlərin ötürülməsi;
-Dezinformasiyaların cəmiyyət şüurunun alt qatlarına sirayət etməsinə çalışmaq;
-Milli barışa, sabitliyə xələl gətirəcək şəkildə iqtidar-müxalifət münasibərlərinin kəskinləşdirilməsi;
-Yeni münaqişə ocaqlarının yaradılması;
-Müxalif meyilli radikal qrupların birləşdirilməsi;
-Müharibənin əleyhinə patsefist süarlı yürüyüşlərin təşkili;
-Erməni ordusunun məğlubedilməzliyi barədə mifin formalaşdırılması;
-Əldə edilmiş nailiyyətlərin heçə endirilməsi, silahlanmaya xərclənən vəsaitlərin şişirdilməsi;
-Düşmən tərəfinin itkilərinin qəsdən azaldılması və s.-ni əks etdirən kadrların, fotoşəkillərin və xəbərlərin yayılması, bu konteksdə bizim itkilərimizin şişirdilməsi;
-Müharibə əleyhinə patsefist çıxışlar;
-Etnik separatizmin alovlandırılması;
-İran, Türkyə, Rusiya, Türkmənistan, Gürcüstan kimi həmsərhəd ölkələrlə münasibətlərə xələl gətirə biləcək məqalələr, şərhlər və hətta statusların təşkili;
-Dini, irqi və məzhəb ayrı-seçkiliyi salmaq;
-Əhali arasında xof, qorxu, inamsızlıq və s. yaradan şayiələrin yayılması;
-Azad edilmiş ərazilərdə düşmənin əlindən alınmış hərbi-strateji mövqelərin əhəmiyyətinin miqyasının aşağı salınması;
-Cəbhəyanı bölgə əhalisi arasında qorxu, xof, xaos yarada biləcək şayiələrin yayılmasını təşkil etmək;
-Ölənlər,dağıntılar barədə ardıcıl informativ kadrların, xəbərlərin yayılmasının təşkili;
-Xalqımızın orduya inamını sarsıtmaq və s.
Bu istiqamətlərdə fəaliyyət göstərən atanızın oğlu, qardaşınız olsa belə, bilin ki, satılmışdır.

QARABAĞ AZƏRBAYCANDIR!
AVMVİB Mətbuat Xidməti