*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA EŞQ OLSUN!***
***Prezident İlham Əliyev: Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi

Azərbaycan Prezidenti İlham Əliyev özünün «Twitter» səhifəsində paylaşım edib.
Dövlət başçısı bu sözləri yazıb: «Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!»
***İlham Əliyev: «Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir»

«Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır».
Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Dövlət başçısı deyib: «Bilirsiniz, Tərtər şəhərini, demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir.. Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik».
***Prezidentin köməkçisi: «Biz xain, alçaq düşmənlə üzbəüzük»

«Dünən hər bir vətəndaşımız qürur hissi ilə Ali Baş Komandanın müraciətini izləyib. Biz xain, alçaq düşmənlə üzbəüzük. Bu gün hər bir vətəndaşımız möhkəmdir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir: «Biz haqq yolunda fəlaiyyətimizi davam etdiririk. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda onların layiqli cavablarını verirlər. Qarabağ bizimdir”.
***»Düşmən döyüş mövqelərini özbaşına tərk edərək qaçır»

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə bildirir ki, alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.
***Paşinyan dayanmadan zəng etdi, Putin cavab vermədi. Paşinyan Gəncəyə raket, Moskvaya isə «vızov» atır

Ötən gün «Rossiya 1» telekanalında “Moskva, Kreml, Putin” proqramının növbəti buraxılışı olub.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin bölgələrlə görüşünü pozduğu vurğulanıb. Kadrlardan görünür ki, Paşinyan dayanmadan ona zəng edir, Putin isə telefon zənglərinə cavab vermir. Daha sonra Rusiya lideri məşğul olduğunu deyərək Paşinyanla danışmaqdan imtina edir.
***Gəncə Ermənistan ərazisindən atəşə tutulur

Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
***Ermənilər Azərbaycan ordusu qarşısında geri çəkildiklərini etiraf etdilər

Qarabağdakı separatçı quldur rejimin “müdafiə nazirliyi” qoşunların geri çəkildiyini etiraf edib.
Bu barədə Qarabağ separatçılarının rəhbərinin mətbuat katibi Baqram Poqosyan bildirib. B. Poqosyan erməni qoşunlarının artıq itkilərdən qaçmaq üçün guya “taktiki” olaraq geri çəkildiyini söyləyib.
***Paşinyan yükü öz üstündən atır

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı ərazilərin güzəştə gedilməsi sualına Dağlıq Qarabağda qurulmuş quldur rejimin rəhbərliyinin cavab verməli olduğunu deyib.
Bu barədə o, “New York Times” qəzetinə verdiyi müsahibəsində bildirib. “Paşinyan münaqişənin mümkün sülh yolu ilə həll olunacağı təqdirdə Ermənistanın hər hansı bir ərazini təslim etməyə hazır olub-olmadığını söyləməkdən imtina etdi və bu sualın onun deyil, qondarma “Dağlıq Qarabağ rəhbərliyi” tərəfindən cavablandırılmalı olduğunu vurğuladı”, — nəşrdə qeyd edilib.
***»Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyət yaranıb”

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan «Facebook” hesabında yazıb.
«Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm”, — deyə N. Paşinyan bildirib.
O, bir il əvvəl təxris olanları orduya qoşulmağa çağırıb: «Bizim qanunvericilik onları hətta döyüş vaxtı da səfərbər etməyə icazə vermir, ancaq mən sizi səfərbər olmağa çağırıram”.
***»Mən səni də, Ermənistanı da pulla basdıraram» — Azərbaycanlı modelyerdən erməniyə cavab

Qarabağda döyüşlərindəki əsgərlərə dəstək üçün fotolar paylaşan Əhədpur bəzi erməni istifadəçilərin tənqidi ilə üzləşib. Onlardan biri biznes lediyə «Sən kimsən ki, Azərbaycana dəstək verirsən» sualını yazıb. Diana isə ona bu sözlərlə cavab verib: «Mən səni də, Ermənistanı da pulla basdıraram. İndi anladın mən kiməm?».D.Əhədpur daha sonra yazılacaq mənfi rəylərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.
Qeyd edək ki, Diana Əhədpur əvvəllər model kimi fəaliyyət göstərib. O, iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailə qurub. Cütlüyün bir övladı var. Bir neçə ay öncə isə D.Əhədpur şəhid Vüqar Sadıxovun üç övladını himayəsinə götürüb.
***Azərbaycanlılar Makrondan şikayət edəcəklər

Fransa Prezidenti Emmanuel Makron, guya Azərbaycan tərəfində muzdluların — Suriyadan olan islamçıların ermənilərə qarşı döyüşdüyünə dair əsassız açıqlamasına aid sübutlar təqdim etməsə, Beynəlxalq Diaspor Komitəsi (ICD) və Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi (CIPDH) bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.
Bu barədə CIPDH-nin Azərbaycan Komissarının vəzifəsini icra edən Elçin Axundzadə deyib.
***Quram Marxuliya: “Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”

Bunu APA agentliyinə gürcü tarixçi, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya deyib. O bildirib ki, Ermənistan silahlı bölmələrinin Azərbaycana qarşı bu cür təxribatlara əl atmasının arxasında cəbhə xəttində düşdükləri ağır vəziyyət dayanır: “Dinc mülki şəxslərin öldürülməsi ermənilərin uzun illərdən bəri davam edən milli ənənəsidir. Çox təəssüf ki, Ermənistanın silahlı bölmələri ötən gün Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncəyə raket zərbələri endirdi. Ermənilər cəbhə ilə mülki yaşayış bölgələri arasında heç bir fərq qoymurlar, qadınları, uşaqları və qocaları öldürürlər. Bu, terrorizm, qəddarlıq və qeyri-insani bir davranışdır.
***Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü – 3 yaralı

Baş Prokurorluq cəbhə xəttindəki vəziyyətlə bağlı daha bir məlumat yayıb. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***“AzərRos” FMMM mülki əhalinin və Azərbaycan şəhərlərinin atəşə tutulması ilə əlaqədar bəyanat yayıb

Rusiyadakı azərbaycanlıların federal milli-mədəni muxtariyyəti əmindir ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı üçüncü qüvvələrin hər hansı təxribat xarakterli hərəkətləri ilə sarsıla bilməz.
Rusiyanın Azərbaycan icması Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində ən vacib halqalardan birini təşkil edir.
Öz hemyerlilərimizə müraciət edərək, təmkinli və dözümlü olmağa, hər hansı təxribatlara uymamağa çağırırıq”, — deyə müraciətdə bildirilir.
***Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında Qarabağ müzakirəsi

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. XİN rəhbərləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.
***Kremlin sözçüsü Dmitri Peskov ilk dəfə olaraq Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsini “müharibə” adlandırıb

Bu haqda RİA Novosti agentliyi özünün Telegram kanalında məlumat yayıb. Peskov Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla danışıqların planlaşdırılacağı barədə jurnalistlərin sualını cavablandırarkən vəziyyəti bu cür təsvir edib.
“Hələlik belə plan yoxdur, ancaq bilirsiniz ki, söhbət müharibədən gedir və əlbəttə ki, Qarabağdakı müharibədə vəziyyət sürətlə inkişaf edir, bu səbəbdən təxmin etmək çətindir” deyib.
***Ermənistan jurnalistləri də silahlandırıb

Ermənistan Müdafiə Nazirliyi jurnalistləri də silahlandırıb.
Bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stefanyanın paylaşımından da görmək olur.
***Rusiya, Fransa və ABŞ Qarabağa görə yenə bəyanat yaydılar-Ənənəvi olaraq 3 badam, bir qoz

Bəyanatda vurğulanır ki, Rusiya, Fransa və ABŞ Qarabağ üzrə dünya ictimaiyyəti və ATƏT-in verdiyi mandatı tam şəkildə yerinə yetirməyə kökləniblər.
Rusiya, Fransa və ABŞ Xarici işlər nazirliklərinin başçıları Qarabağda zorakılığın misilsiz eskalasiyasını ciddi şəkildə qınayıblar.
QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Elnur Səlim
