NATO: «Türkiyə Qarabağdakı gərginliyin aradan qaldırılmasına kömək etməlidir»

Bu gün Türkiyədə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə NATO baş katibi Jens Stoltenberg arasında görüş keçirilib.

Mətbuat konfransı zamanı Stoltenberg Dağlıq Qarabağdakı döyüşlərdə atəşin kəsilməsinə çağırış edib.

«Gərginliyin azaldılması üçün Türkiyədən özünün əhəmiyyətli təsirindən istifadə edəcəyini gözləyirəm», — AFP agentliyi Stoltenberg-in dediklərini iqtibas edib.

Lakin NATO Baş katibi ilə keçirdiyi birgə mətbuat konfransında Çavuşoğlu bəyan edib ki, alyans erməni qoşunlarını regiondan çıxmağa çağırmalıdır.

Türkiyə XİN başçısı deyib ki, Azərbaycan öz torpağında döyüşür və işğal edilmiş ərazilərini geri qaytarmağa çalışır.

«Qanun və əxlaq baxımından hər kəs Azərbaycanı dəstəkləməlidir», — o deyib.

Bu xəbəri paylaşın: