Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində həyasızcasına «Ermənistan Mingəçeviri vura bilməz: bu bir Azərbaycan «saxtakarlığı»dır dedi.
Sonra bu quşbeyin axçik Şuşan yazır: «Ağır itkiləri və məğlubiyyətini» gizlətmək üçün Azərbaycan yalançı foto və məlumat yayaraq ictimaiyyətinin diqqətini yayındırmağa və təhrik etməyə çalışır.
Daha sonra Şuşanikin mütəxəssisləri qeyd ediblər ki, Ermənistan ərazisindən Mingəçevirə qədər olan məsafə 108 km-dir, bu da Smerç raket kompleksinin Ermənistan Respublikası ərazisindən Mingəçevirə zərbə vurması qeyri-mümkün edir.
“Bu raket balans olmadıqda döyüş başlığı ayrılır, buna görə də belə düşə bilməz. Fotoşəkildə asfaltın belə şişmədiyi görünür. Bir raket partladısa, döyüş başlığını hara düşdüyünü və hansı ziyanı vurduğunu göstərməlidirlər”deyə ekspertlərdən biri NEWS.am saytına bildirib.
Erməni tərəf bu bəşəri cinayəti öz üzərindən atdı. Ortada iki tərəf qalır. Biz və Rusiya. Yəqin ki, normal ağlı olan bizi bunu atmaqda günahlandıra bilməz. Məntiqlə ortada Rusiya qalır. Yəni Şuşan axçik deyir ki, «atan kazaklardır». Qadağan olunmuş və dinc əhaliyə qarşı işlədilməsi cinayət olan silahdan istifadə edənlər mütləq cavab verəcəklər. Bu quşbeyin axçik Şuşan, yəqin ki, Azərbaycan tərəfin kosmik görüntülərə malik olduğunu da yaxşı bilir. Gerisini Xankəndində üzünü çəkilişlərdən gizlədən rus hərbçilərdən yəqin ki, Paşinyanın «vızov»larından bezən Putin araşdıracaq. Yoxsa ros ordusunu da rus mətbuatı kimi ermənilər ələ keçirib?
Qaldı ki, adı açıqlanmayan erməni ekspertin şərhi həqiqəti əks etdirmir. 2012-ci ildə 9M542 uzaq mənzilli raket üçün hazırlanmış reklam pasportu təsdiqləndi. Raketin minimum uçuş məsafəsi 40 km, maksimum məsafəsi 120 km-dir. Uzunluq 7600 mm, ümumi çəki 820 kq, döyüş başlığı ağırlığı 150 kq, partlayıcı ağırlığı 70 kq, 50 qram ağırlığında 500 ədəd hazır qəlpə ilə təchiz olunmuşdur.
Bilgi üçün Şuşan axçikə bildirim ki, hazırda Azərbaycanın Ali Baş Komandanı cənab İ. Əliyev, gündə Putinə 4 dəfə zəng edən Paşinyandan fərqli olaraq, çox yüksək reytinqə sahibdir. Hətta dünya siyasətçiləri arasında bu günlər üçün belə yüksək reytinqli prezident, yaxud da siyasətçi tapa bilməzsən. Bizə əhalinin dəstəyini qazanmaq üçün «feyk xəbər» deyil, azad etdiyimiz strateji mövqelərin nümayişi və qaçan erməni ordusunun buraxıb getdiyi Nikolun oyuncaqlarının nümayişi yetərlidir. Amma Ali Baş Komandanımız buna da ehtiyac duymur.
Əslində isə bir dəfə Azərbaycanda 5-ci kolonun əliylə ölkəni elektriksiz qoyduqlarını xatırladım. Ali Baş Komandana qarşı xalqı ayaqlandırmaq, infrastrukturların fəaliyyətini pozmaq üçün bu addımın atıldığı gün kimi ortadadır. Bu gün dinc əhalini və strukturu hədəfə alan faşizmə qarşı, nədənsə sancısı tutmuş E. Makronun cır səsi gəlmir.
Şuşan axçik ən azı günahı Rusiyanın üzərinə atdı. Rusiyanın bu məsələyə aydınlıq gətirməsini və həm də separatçı quldurlara hansı kanalla silah verdiyini açıqlamalıdır. Ya da öz dövlət imicinə hörmət edərək Makronla birgə ATƏT Minsk Qrupundan istefa verməlidir…
Tarixi qadınları hiyeredul, kişiləri isə pinəçi olan erməi xalqı, bu gün, gah tarixə, gah da informasiyaya yamaq vurmağa çalışmaqdadır. Amma bu nadanlar anlamırlar ki, bu iki şey yamaq götürmür…
Sadəcə, Qarabağ Azərbaycandır!
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri


