CƏBHƏ GÜNDƏLİYİ — 6.10.2020-ci il

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA EŞQ OLSUN!***

***İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır.

***Ermənilər təcili yardım maşınını atəşə tutdu 

Düşmən mərmilərindən biri Ağdamda Təcili tibbi yardım maşınının yanına düşüb. Nəticədə ambulansa ciddi ziyan dəyib.

Ölən və yaralanan yoxdur. 

***Ermənistanın Goranboya kasetli raket atması ilə bağlı daha bir rəsmi açıqlama

04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

Bu  barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilmişdir. Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilmişdir.

***Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən vacib vasitələrdən birinə çevrilib”.

“Makronun müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə verdiyi “İslam böhrandadır” açıqlaması hörmətsizlikdən də əlavə açıq şəkildə təxribatdır. Sən kimsən ki, İslamın strukturlaşdırılması kimi bir açıqlamanı dilinə gətirirsən. Bu, hədsizlikdir, ədəbsizlikdir. Avropada yaşayan müsəlmanların canı, malı o ölkələrə əmanətdir. Belə bir təxribata səssiz qala bilmərik”, — deyə R.Ərdoğan bildirib.

***»İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib»

İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

***Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi

nikol paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib. “Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib. “İndi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, Hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təşviş yaradaq”, — deyə V.Arutyunyan bildirib.

Qeyd edək ki, V.Arutyunyanın bu ifadəsindən dərhal sonra süjet kəsilib və xeyriyyəçilik aksiyalarına diqqət yetirilib. 

***Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar Ermənistanın hazırkı siyasəti fonunda mənasızdır”. Bu barədə TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

***Paşinyan güzəştə getməyə hazırdır

«Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa».

«Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir», — deyə Paşinyan bildirib.

***Rusiyadan Ermənistana daha bir müəmmalı REYS – XƏRİTƏ

Rusiyadan Ermənistana daha bir müəmmalı təyyarə gəlib.

“Bombardier” özəl biznes təyyarəsi Tbilisi üzərində dövrə vurduqdan sonra Ermənistanın Gümrü şəhərində aeroporta eniş etməsi məlumdur. Onun Ermənistandakı 102-ci hərbi bazaya gələn yüksək rütbəli rusiyalı vəzifəli şəxsin olduğu ehtimal olunur.

***İşğaldan azad edilmiş Şükürbəyli kəndində Azərbaycan bayrağı dalğalandı 

Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndində ölkəmizin şanlı üçrəngli bayrağı asılıb.

Bu barədə videonu Baku TV paylaşıb. Bildirilib ki, kəndin mərkəzində yerləşən ələ keçirilmiş hərbi hissədə bayrağımız əsgərlərimiz tərəfindən yüksəkliklərə çəkilərək qürurla dalğalandırılıb.

***Мэтью Брайза: Азербайджан в течение нескольких недель достигнет своих военных целей

На мой взгляд, Азербайджан в течение нескольких недель достигнет своих военных целей.

Об этом турецкому информагентству DHA заявил бывший американский сопредседатель Минской группы ОБСЕ, экс-посол США в Азербайджане, а ныне — старший научный сотрудник Атлантического совета Мэтью Брайза. По его словам, проводимые Азербайджаном военные операции пока очень успешны.

***Çavuşoğlu və Bayramov brifinq keçirdilər

Hazırda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mediaya açıqlama verdilər.

***Koronavirus STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 test aparılıb.

***Кремль ответил Варданяну: По Карабаху большей активности не жди

Владимиру Путину доложили об обращении бизнесмена Рубена Варданяна, призвавшего Россию вмешаться в ситуацию в Нагорном Карабахе. Об этом сообщил РБК со ссылкой на заявление пресс-секретаря президента России Дмитрия Пескова, передает РИА Новости.

Песков назвал понятным эмоциональный фон подобных обращений и подчеркнул, что все усилия Москвы направлены на прекращение огня и возобновление переговоров между сторонами. «Более активных шагов, чем сейчас, трудно себе представить», — ответил пресс-секретарь на вопрос о возможном усилении активности России в решении конфликта.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: