«Ermənistanda doğulmuş insan nə üçün gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır?» – İlham Əliyev

Əslində Paşinyana deyiləsi sözüm yoxdur, mən ona bütün sözlərimi demişəm. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər.

Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində deyib.

“Bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq, — deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliiyev müsahibəsinin sonunda Azərbaycana göstərilən birmənalı dəstəyə, bu ağır günlərdə bizimlə bir yerdə olduqlarına görə CNN-Türk televiziyasına, Türkiyənin bütün media toplumuna təşəkkürünü bildirib təşəkkürünü bildirib.

Bu xəbəri paylaşın: