Rusiya Federasiyasının prezidenti Vladimir PutinİN Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırışı humanitar məqsədlə edilib.
Bunu AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu deyib.
Kreml sözçüsünün açıqlamasında deyilir: «Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır».
X. Ədəboğlu deyib: «Bu cür qısa atəşkəslərə çağırışın məqsədi mövqelərdə qalmış erməni cəsədləri ilə bağlıdır. Düşmən ənənəvi olaraq öz əsgərlərinin və muzdlu terrorçularının leşlərini hörmətsizliklə yanaşır. Minlərlə leşin xalqdan gizlədilərək itkin siyahıları tərtib etmək Paşinyan hökumətinə sərf edir. Düşmən bu informasiyanı Putinin yenidən Atəşkəsə kimisə məcbur etməsi kimi təqdim etməyə çalışır».
Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.
Elnur Səlim
