Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.
Ali Baş Komandan Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini elan edib.
O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir.
Belə ki, Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistan hərbçilərinin işğalından azad olunub.
