Erməni əsgərlərdən nə qədəri əsir və itkin düşüb?

Ermənistan Qarabağ döyüşlərində Azərbaycan Ordusuna nə qədər əsgərinin əsir düşdüyünü və itkinlərinin sayını dəqiq bilmir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan MN-in rısmi nümayəndəsi Artsrun Ovannisyan çoxsaylı əsir və itkinlər barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, hazırda hərbi əməliyyatlar davam etdiyi üçün bu rəqəmləri dəqiqləşdirmək mümkün olmur.

Qeyd edək ki, ölənlərdən əlavə hazırda erməni ordusunun 5 min əsgərinin itkin düşdüyü bildirilir.

Bu xəbəri paylaşın: