*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***İlham Əliyev: “Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən”

“Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən. Kim qaldı ki zəng edib, zəhləsini tökməsin? Məsləhət edərdim ki, bəlkə, şamanlara zəng eləsin, onlar ona kömək eləsin”.
Bu barədə Prezident İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı deyib. “Paşinyan, bəlkə, hansısa uzaqda yaşayan qəbilə başçısına zəng eləsin, o, onun canını qurtarsın?! O, artıq “anekdot” personajına çevrilib. Açıb sosial şəbəkələrə baxın. Onu necə lağa qoyub, ələ salırlar. Bəlkə də, dünya miqyasında öz ölkəsini bu qədər rəzil edən ikinci adam olmayıb. Nəyə görə?! Çünki gəlib başqasının torpağında oturub, oradan çıxa bilmir”, — dövlət başçısı vurğulayıb.
Prezident xalqımıza səslənərək bir daha vurğulayıb: “Biz torpaqlarımız geri alacağıq”.
***İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi”

“Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.
Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib. Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb: “Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər. Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.
***31 mülki şəxs qətlə yetirilib — 164 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetiririlib, 164 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 054-dür.
***Azərbaycana ilk zərbə Fransadan gəldi – Alforville Bələdiyyə Şurası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına səs verdi

Fransanın Alforville Bələdiyyə Şurası erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpağının – Dağlıq Qarabağın Fransa tərəfindən tanınması üçün yekdilliklə səs verdiyini söyləyib.
Bu haqda məlumatı Alforville şəhər merinin müavini Qaro Xaçikyan Twitter səhifəsində yazıb.***Prezident: «Azərbaycanda təkcə türk silahları yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var»
«Azərbaycanda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq».
Prezident İlham Əliyev bu barədə “CNN International” televiziya kanalına müsahibəsində danışıb.
***Ön cəbhədə döyüşən əsgərimizin üçəmləri dünyaya gəlib

Murov zirvəsi düşməndən azad edildiyi gün cəbhədə döyüşən zabitimizin üçəm körpələri dünyaya gəlib.
27 sentyabrda Azərbaycan Ordusu cəbhəboyu zonada baş verən düşmən hücumlarının qarşısının alınması məqsədi ilə uğurlu əks-hücum əməliyyatlarına başlayıb, Murov zirvəsini və bir neçə kəndlərimizi işğaldan azad edilib. Bu döyüşdə iştirak edən qəhrəman Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadovun elə həmin gün — sentyabr ayının 27-də iki gələcəyin əsgəri oğlan və bir qız olmaqla üçəm övladları doğulub.
Ata İbadov cəbhədə gedən döyüşlərdə iştirak etdiyi üçün uşaqları ilə ilk tanışlığı bir həftə sonra — 4 oktyabr tarixində baş tutub. Cəsur çavuşumuz ailəsi ilə görüşdükdən sonra yenidən cəbhə xəttinə xidmətə geri dönüb.
***Satılmış (Prodajnaya) rus mətbuatı işğal ərazilərini öz şərəfləri kimi dırnaq içində yazırlar

Rusiyanın dövlət imici bu satqınları maraqlandırmır: «Президент Азербайджана считает, что Ереван должен оставить «захваченные территории»» (Komsomolskaya Pravda)
***25 erməni əsgəri daşıyan hərbi maşın hərəkətdə olarkən məhv edilib

Bu barədə Müdafiə Nazirliyi video yayıb.
***Dünya azərbaycanlıları toplanıb – Fuad Muradov

Avropada, ABŞ-da, Yaxın Şərqdə və Rusiyadakı Azərbaycan diasporunun üzvləri vətənləri və qohumları üçün narahat olaraq birlik nümayiş etdirirlər və təxminən 30 il davam edən erməni təcavüzünə qarşı mübarizəyə qoşulublar.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, bütün dünya azərbaycanlıları həmfikir olaraq toplanıb: «Həmvətənlərimiz hərəkətləri və açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünü əsassız şəkildə dəstəkləyən və baş verənlərlə bağlı məlumatları qəsdən təcavüzkarın lehinə təhrif edən bəzi siyasətçilərə və KİV-lərə qarşı etiraz aksiyaları keçiriblər».
***Pakistanlı generalla Qarabağ müzakirə edildi

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
***Ermənilərin talan etdikləri mənəvi sərvətlərimiz

Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
***XİN rəhbərlərinin 5 saatlıq görüşü bitdi

Azərbaycan,Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskvada baş tutan görüşü sona çatıb.
5 saat baş tutan görüş artıq başa çatıb. Bu dəqiqlərdə XİN başçılarının mətbuat konfransı başlayıb.
Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün başlayandan bir müddət sonra Ceyhun Bayramov fasilə götürüb və binanın tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, o, təxminən bir saatdan sonra müzakirələri davam etdirmək üçün geri qayıdıb. Media onun Azərbaycanın Rusiyadakı səfirliyinə getdiyini və məsləhətləşmə üçün Bakıya zəng etdiyini ehtimal edib.
***Fransa polisi də erməniləri döyüb qovdu.
Fransa polisi Parisdə bu gecə Etual meydanına yığışan erməni diasporasının mitinqini dağıdır və onları meydan uzaqlaşdırıb, qovmaq üçün bibərli qaz balonlarından istifadə edir.

Qeyd edək ki,1 gün öncə də analoji addım Belçikada atılmışdı.
QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
