Paşinyanın facebook paylaşımı gürcüləri qəzəbləndirib

Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk paylaşımı kəskin etirazlara səbəb olub.

Paşinyan sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” adı ilə foto paylaşıb. Buna kəskin etiraz edən gürcülər bölgənin Cavaxetiya adlandırıldığını, “Cavakx” sözü ilə separatizm təbliğ edildiyini yazıblar.

Paşinyan şəkli guya Cavaxetiyadakı ermənilərin Qarabağ döyüşlərində Ermənistanın yanında olduğunu göstərmək üçün yayıb. Əslində isə şəkildə göstərilən mitinqdə Paşinyanın təqdim etdiyi kimi minlərlə yox, cəmi 300 nəfər olub.

Qeyd edək ki, Cavaxetiya Gürcüstan ərazisidir. Onun Ermənistana birləşdirilməsi yönündə illərdir bəzi qruplar daxildə və xaricdə fəaliyyət aparırlar.

“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.(konkret.az)

Bu xəbəri paylaşın: