Azərbaycan əsgəri Ermənistan silahlıları ilə döyüşdə həmişə qalib olub. Sentyabrın 27-dən bu qalibiyyət davam edir.
Ermənistan beynəlxalq vasitəçilərin yardımı ilə atəşkəsə nail oldu. İşğal etdikləri Azərbaycan torpaqlarından çıxıb, danışıqların şərtlərini müzakirə etməkdənsə, yeni qüvvə toplayıb, hücuma keçməyə cəhd göstərirlər.
Atəşkəs üçün canfəşanlıq edən beynəlxalq vasitəçilər Ermənistana silah-sursat və hərbi texnika göndərsə də, onlardan istifadə edəcək canlı qüvvə çatışmır. Bunu Dağlıq Qarabağda separatçı rejimin başçısı Araik Arutunyan da etiraf edib: “Vəziyyət son dərəcə ağırdır. Keçmiş döyüşçülərlə tez-tez görüşürəm”.
Onun sözlərinə görə, döyüşə Qarabağ müharibəsinin əvvəlki iştirakçıları gedir.





