“Rusiya buna etiraz etmir” — Ərdoğandan sensasion Qarabağ açıqlaması

“Türkiyənin Qarabağ sülh prosesində Rusiya ilə bərabər iştirak etmək hüququ var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiya burada nə qədər bir həll yolu, sülh üçün iştirak etdiyini düşünürsə, Türkiyənin də ən azı Rusiyaya qədər burada sülh əldə etmək üçün yer almaq haqqının olduğuna inanıram. Türkiyənin Qarabağ sülh prosesində Rusiya ilə bərabər iştirak etmək hüququ var.

Rusiyanın özünün də Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirakı ilə bağlı heç bir etirazı yoxdur. Şəxsən mən bu mövzuda Rusiya rəsmilərindən mənfi şərh eşitmədim”, — Ərdoğan bildirib.

Bu xəbəri paylaşın: