*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Bu kəndlər işğaldan azad olundu-ALİ BAŞ KOMANDAN

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Xocavənd, Zəngilan və Cəbrayılın bəzi kəndləri işğaldan azad edilib.
“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Prezident İlham Əliyev bu barədə tvitterdə məlumat yayıb: «Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!»
***İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.
Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.
Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.
***Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.
O, “Instagram” hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb.
***Düşmənin könüllü dəstələri və döyüş texnikaları məhv edildi

“Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib”.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq» deyə, məlumatda qeyd olunub.
***Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.
Bununla əlaqədar H.Hacıyev “Twitter” hesabında məlumat yayıb.
“Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, — deyə o bildirib.
Qeyd edək ki, Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib. Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.
***Ceyhun Bayramov Vaşinqtonda Mayk Pompeo ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqton şəhərində ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Bu barədə “Associated press” məlumat yayıb.
M. Pompeo daha sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.***İsrail Azərbaycana humanitar yardım göndərdi Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.
“İsraildən Azərbaycana göndərilən tibbi ləvazimatlar ölkədəki xəstəxanalara çatdırılıb. Humanitar yardım davam edir”, — deyə qeyd olunub.
***Paşinyandan növbəti sərsəmləmə

Bir tərəfdən Ermənistanın sülh danışıqlarına hazır olduğunu bəyan edən erməni Baş nazir Nikol Paşinyan digər tərəfdən danışıqların əhəmiyyətini heçə endirən açıqlamalarını davam etdirir.
Paşinyan bu dəfə “İntefaks”a müsahibəsində bildirib ki, Ermənistanın əsas hədəfi beynəlxalq aləmin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa nail olmaqdır. Bununla da Paşinyan sülh danışıqlarına hazır olmaq barədə dediklərində səmimi olmadığını ortaya qoyub.
***Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib”

Məşhur «delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağ münaqişə zonasından hazırladığı reportajlar silsiləsində Ermənistanın bir sıra yalanlarını ifşa edib.
Jurnalist Xankəndidə və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.
***MN sözçüsü: «Qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir»

«Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir, qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir».
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
«Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Qələbə bizimlədir!», — A. Eyvazov deyib.
***Arutyunyan «siçan deşiyindən» Putinə yalvardı: «Döyüşləri dayandırın»

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejimin lideri Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Separatçıların rəhbəri Putindən Dağlıq Qarabağdakı döyüşləri dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.
Putinə yalvarış dolu məktubunda Arutyunyan Rusiya liderini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb: “Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.
***Ordumuz Qarabağda nə qədər irəliləyib?

Azərbaycan ordusu 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayandan bu günədək 3 şəhər, 3 qəsəbə, 135 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad edilib.
***Zəngilanda diversiya etmək istəyən düşmən məhv edildi

Qarabağda gedən ağır döyüşlər zamanı düşmən ağır itkilər verir.
Düşmən növbəti dəfə Zəngilan istiqamətində diversiyaya cəhd edib.
«Caliber az»ın yaydığı kadrlardan da göründüyü kimi düşmənə layiqli cavab verilib və erməni hərbçilər məhv edilib.
***Paşinyanın arvadı Qarabağdan UÇDU

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Xankəndindən qaçıb.
Sentybarın sonlarında Qarabağa gələn Akopyan dünən Xankəndini tərk edərək, Gorus şəhərinə gedib.
Ermənistan baş nazirinin qızı Məryəm Paşinyanın sosial şəbəkələrdəki son paylaşımında anası ilə Ermənistanın Gorus şəhəırində kafedə olduqları görünür. Beləliklə, Paşinyanın arvadı da Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Qarabağı tərk edib.
***Ərdoğan: «Türkiyə də Rusiya ilə birgə sülh danışıqlarında olmalıdır»

“ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik».
“Anadolu” İA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Əslində, bu məsələdə Rusiyanın mənfi münasibəti yoxdur. Rusiyanın da Türkiyə ilə bağlı mənfi açıqlamaları yoxdur”, — o qeyd edib.
***Səfir Musəvidən təbrik: «İran xalqı Azərbaycan xalqının sevincinə sevinir»

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Səfir bu barədə özünün rəsmi tvitter hesabında yazıb.
O, bu hadisənin önəmini vurğulayıb: “Hörmətli cənab Prezident! İran və Azərbaycan arasındakı təqribən 760 km olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İran xalqı Azərbaycan xalqının sevincinə sevinir”.
***Ermənistanın məhv edilən hərbçilərinin sayı 927-yə çatdı

Ermənistan tərəfinin Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilmiş hərbçilərinin sayı 900-ü keçib.
Bu barədə “Sputnik”in yaydığı məlumatda bildirilir.
Erməni tərəfinin rəsmi məlumatına görə, bir gün ərzində Azərbaycan ordusu daha 27 erməni işğalçısını məhv edib. Beləliklə, düşmən 927 hərbçi itirdiyini rəsmən etiraf edib.
***Erməni hərbçilər danışır: «Qaçdım, mənə 8 nəfər qoşuldu»

Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə göndərdiklərini etiraf ediblər.
Bunu Valera Ayrapetyan və Edik Tonoyan söyləyib.
«Mənim adım Valera Ayrapetyan Aşotoviçdir. Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə — Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır.
***Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir. TASS-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb.
“Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, — deyə ABŞ Prezidenti qeyd edib. Eyni zamanda D.Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.
***Rusiyalı politoloq: «Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək»

“Azərbaycan Ordusunun uğurlarını fövqəladə hesab edirəm. Azərbaycan Ordusu Vətən torpaqlarını xarici işğalçılardan get-gedə təmizləyərək Qarabağ düyününü də açmağa doğru gedir”.
Bu fikirləri açıqlamasında rusiyalı jurnalist və politoloq Maksim Şevçenko dilə gətirib.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin olmaması barədə Ermənistan baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirən politoloq deyib: “Paşinyan öz iddiaları naminə, hakimiyyət hərisliyi, habelə arxasında duran oliqarxların yanında üzüqara olmamaq naminə erməni gənclərini müharibənin od-alovuna ataraq mənasız ölümə göndərməyə hazırdır. Məncə, bu müharibəni davam etmək erməni xalqına qarşı cinayətdir”.
***XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı

ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
***MN: «Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur»

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.
***KTMT — dən Paşinyana daha bir tərs sillə

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib: «Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil».

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
