Düşmən Ermənistan bütün vasitələrlə Azərbaycana qarşı müharibə aparır. Ən yaxın qonşu dövlətlərlə ölkəmizin münasibətlərinə kölgə salacaq informasiyalar yaymaqla gərginlik yaratmağa çalışırlar. Hətta düşmən unudur ki, qardaş İran əhalisinin 40 milyonu bizim soydaşlarımızdı və bu insanlar da düşmənə qrşı savaşa hazır olduqlarını bildirirlər. Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.
Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.
Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür. Rusiyanın Avia.pro saytı belə bir imfmasiya yayınlayıb: «Ermənistan İranla hərbi problemlər yaşamağa başladı. Azərbaycan, Dağlıq Qarabağın İranla bütün sərhədini nəzarətə götürdükdən sonra, İrəvan İslam respublikası ilə çox ciddi hərbi problemlər yaşadı.
Bunun səbəbi indi Ermənistanın artilleriya və taktiki raket silahlarının imkanlarından bu istiqamətdə zərbə vurmaq üçün istifadə etməsi ilə əlaqədardır, çünki İran ərazisini vurma riski çox yüksəkdir və Tehran da öz növbəsində İrəvanı ən kiçik bir təxribat olsa, dərhal cavab verəcəyi ilə hədələdi, hətta səhvən atılması belə cavabsız qalmayacaq. “İranla sərhəd bölgələrini işğal edərək Ermənistan Azərbaycanı raket və artilleriya zərbələrindən istifadə etməyə məcbur etdi, çünki İran ərazisinə edilən səhv bir hücum dərhal Tehranın cavabına səbəb olacaq və Ermənistan ordusu üçün bu çox təhlükəli ola bilər” deyə Avia.pro şərhçisi qeyd edib.
Bu günə qədər Dağlıq Qarabağ ərazisinin təxminən 20% -i artıq Azərbaycanın nəzarətinə keçib, ərazilərin isə təxminən 20% -ində aktiv toqquşmalar davam edir ki, bu da Ermənistan tərəfinin, hətta elan etdiyi əhəmiyyətli itkilərə baxmayaraq, Azərbaycan tərəfinin bu münaqişəni yenə də qazandığını göstərir.
Mənbə: https://avia.pro/news/u-armenii-nachalis-voennye-nepriyatnosti-s-iranom Nurlan Məmmədli
