AVMVİB ORDUYA DƏSTƏK QƏRARGAHI: Suraxanı rayon şöbəsindən örnək kompaniya

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Orduya Dəstək Qərargahı bu günədək ordumuzla sıx əlaqədə olaraq əsgərlərimizin yanında olmağa və onların istəklərinin həllində yardımçı olmağa çalışır. Cəbhənin bütün istiqamətlərinndə biz varıq.

Ordumuzla birgəyik. 1, 2, və 3 rəqəmiylə işarətlədiyimiz istiqamətlərdə, həm maddi, həm də mənəvi dəstəklərimizi göstərməkdəyik. Hər 3 istiqamətdə veteranlarımız yorulmadan çalışırlar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun şəxsi təşəbbüsü ilə artıq bir həftədir ki, Suraxanı rayonunda bir kompaniyaya start verilib. Savaşın hər üzünü görmüş müharibə veteranları orduda xidmətdə olan və səngərlərdə Vətənimizin azadlığı üçün döyüşən əsgər ünvanlarına sovqatlar göndərməyə başlayıb.Kompaniya ilə bağlı AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bildirdi ki, ilk görüşlərdə qəlbi doğma övladları üçün döyünən valideynlər bizi bir az səksəkə ilə qarşıladılar. Onları anlayırıq. Amma biz orduda döyüşərkən bu cür addımları eşidincə daha ürəkli olardıq. Döyüşçü əsgər onunla maraqlananlar olduğunu bilməsi və hiss etməsi vacib bir məsələdir. Həm də əsgər ailəsi bilməlidir ki, hər birimiz onların yanındayıq, onun ailəsinin yanındayıq. Əsgər hər an onlara birgə olduğumuzu bilməlidir.  

Eldar Rüstəmov bu kompaniyanı genişləndirəcəklərini bildirdi. 

Elnur Səlim

Bu xəbəri paylaşın: