Erməni terrorçuları Rusyadan üz döndərib indi də rus bayrağından yapışıblar

Rusiya Prezidenti Vladimir Putin diskussiyalar zamanı suallara cavabında Dağlıq Qarabağda gedən proseslərə də münasibətini bildirərək deyib: “Ermənistan da, Azərbaycan da bizim üçün bərabərhüquqlu tərəfdaşlardır. Orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistan, həm də Azərbaycan ilə bərabər münasibətlər qurmaq istəyirik”, — deyə Rusiya Prezidenti bildirib.
Daha bir mühüm məqam “Valday”da Qarabağ müharibəsinin dini zəmini ilə bağlı söz-söhbətlərə son qoyulmasıdır. Vladimir Putin bildirib ki, Rusiya əhalisinin 15 faizi, başqa sözlə, 22 milyona yaxın vətəndaşı müsəlmandır və bu baxımdan da Azərbaycan Rusiyaya yad ölkə deyil.


Rusiya Prezidenti Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz. V.Putin deyib: “İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salınmasının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılması üçün aparılan gərgin işi olub. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar tapa biləcəyik.

Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”. Lakin bunca açıq söylənməsinə baxmayaraq ermənilər həyasızcasına Rusiyanın adından və hətta bayrağından istifadə etməkdən çəkinmirlər. Zəngilan və Qubadlı istiqamətlərində qovulduqları bizə məxsus ərazilərdə post quraraq tələsik Rusiya bayraqları asmaları bu yığnağın xəstə olmasını bir daha sübut edir. Baunlar hələ də anlamırlar ki, Azərbaycan onun olan hər qarışı sökə-sökə alacaq.  Hər halda bu bayraq olayına Rusiya rəsmən münasibət bildirməli və onun bayrağından terrorçu qrupların istifadəsini qadağan etməlidir. Bizim sərhədlər daxilində Rusiya bayrağı qaldırmaq səlahiyyətini bu terror qruplarına kim verib? Xatırladaq ki, Ermənistan sərhədlərinin qorunması missiyası Rusiya sərhədçilərinə həvalə olunub.  

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: