Erməni separatçılar uşaq bağçasına «gedirlər»…

Bu gün qondarma Dağlıq Qarabağ respublikasının «prezidenti» Arayik Harutyunyanın rəhbərliyi ilə hərbi müşavirə keçirilib.

Müşavirədə Azərbaycan ordusunun işğal altındakı torpaqların azadlığı uğrunda apardığı haqlı mübarizəyə mane olmaq, hərbçilərimizin irəliləyişlərini durdurmaq üçün yollar müzakirə edilib.

Arayik Harutyunyanın bununla bağlı paylaşdığı məlumatda diqqətçəkən məqamlardan biri müşavirənin uşaq bağçasında keçirilməsidir. Döyüşdə ağır itkilər verən düşmənin uşaq bağçasına sığınması haradasa başadüşüləndir. Çünki bilirlər ki, Azərbaycan ordusu uşaq bağçasını hədəf almır. Qondarma Dağlıq Qarabağ respublikası rəhbərliyi növbəti müşavirəni hansısa doğum evində, yaxud gözəllik salonunda keçirsə, buna təəccüblənmək olmaz. Çıxılmaz duruma düşən erməninin hər cür əskikliyə əl atması gözləniləndir.(Bakupost)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •