*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Prezident: «Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib»

“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir”
Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.
***Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.
***Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
***Azərbaycan Prezidenti: «Biz torpaqlarımızın qaytarılmağını istəyirik» «Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq».

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.
«Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir», — deyə Azərbaycan Prezidenti bildirib.
***Birinci xanımdan işğaldan azad edilmiş ərazilərimizlə bağlı PAYLAŞIM

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.
O, “Instagram” hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb.
***Ərdoğandan sərt açıqlama: Sanksiyan nədirsə, gecikmə, et!

“Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.
“Anadolu” İA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, — o vurğulayıb.
***»Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır» — Hikmət Hacıyev

«Ermənistan ərazisindən Zangilan, Qubadlı və Laçının sərhəd rayonları boyunca Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır».
Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.
***»Azərbaycanın yanında olduğumuz üçün suçlandıq» — Ərdoğan

“Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanında kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et!”, — o vurğulayıb.
***İmran Xandan müsəlmanlara düşmən kəsilən Makrona SƏRT SÖZLƏR

“Bir lideri başqalarından ayırd edən xüsusiyyəti insanları bölmək yerinə, bir araya gətirməkdir”.
Bunu Pakistanın Baş naziri İmran Xan tvitter hesabında yazıb.
Fransa prezidenti Emmanuel Makronun İslam və müsəlmanları hədəf alan açıqlamalarını sərt reaksiya ilə qarşılayan baş nazir Makronun bununla Avropa və dünyadakı milyonlarla müsəlmanın duyğularına hücum etdiyini bildirib: “Daha çox qütbləşmək dünyanın istədiyi və arzuladığı ən son şeydir. Cəhalətə əsaslana ictimai açıqlamalar daha çox nifrətə, İslamafobiyaya və radikallığa meydan verilməsinə səbəb olacaq”.
***İqor Korotçenko: “İnamlı İlham Əliyevlə özünü itirmiş Nikol Paşinyan İrəvan üçün ölümcül kontrastdır”

Bu barədə Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko Dağlıq Qarabağ və ətrafındakı rayonlarda döyüş vəziyyətinin gedişatını analiz edərkən deyib.
O, Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında üstünlüyün niyə Azərbaycan Ordusunun tərəfində olduğunu şərh edib və liderlərin müasir siyasətdəki roluna toxunub. “İrəvan üçün sadəcə ölümcül bir kontrastdır: aydın, özünə inamlı, təmkinli İlham Əliyev və qeyri-müəyyən bir şəkildə mızıldayan (siyasi planda), özünü itirmiş və qulaqlarından sallanan simsiz qulaqlıqlarla fikirlərini zəif ifadə edən Paşinyan”.
***Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi

Erməni “Telegram” kanallarında Rusiya ordusunun Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi ilə bağlı fotolar paylaşılır.
Qeyd edilir ki, Rusiya ordusu hazırda Qubadlı ilə həmsərhəd olan Qafanda hərbi şəhərciklər qurur.
***Azərbaycan ordusu əks-hücum əməliyyatlarında Ermənistan ordusunun daha bir yüksək rütbəli hərbi qulluqçusunun məhv edilməsi barədə məlumat verilib

Adı çəkilən hərbçi Gürcüstanın Cavaxetiya bölgəsinin Ninotsminda rayonunun Oracalar kəndində doğulmuş, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Aşot Alik Çobanyandır.
Çobanyan 22 il Ermənistan ordusunda xidmət edib və bir neçə il öncə təqaüdə çıxıb. Oktyabrın 15-də Azərbaycan ordusu tərəfindən məhv edilib.
***Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
***Düşmənin leş sayı durmadan artırSentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan itkilərini açıqlamağa davam edir.

Ermənistan müdafiə nazirliyinin yaydığı son məlumata görə, döyüşdə məhv edilən 1002 erməni hərbçisinin adı müəyyənləşib. Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur.Xatırladırıq ki, real itkilər qat-qat çoxdur və ən azı bu rəqəmin sonundakı «0» yoxdur.
***Keşiş Martirosyan: «Qarabağdakı şiddətli döyüşlərdə inanılmaz sayda erməni gənci həlak olub»

Qondarma rejimin arxiyepiskopu Parqev Martirosyan da Rusiyaya yalvarmağa başladı. Erməni arxiyepiskop Rusiya rəhbərliyinə ünvanlanan müraviətində deyib:
“Rusiya 90-cı illərdə və 2016-cı ildə olduğu kimi bu gün də Qarabağdakı hərbi əməliyyatları dayandıra bilər. Buna çox ümid edirəm.
O vurğulayıb ki, ATƏT-in Minsk Qrupuna sədrlik edən Rusiya, Fransa və ABŞ rəhbərləri həlledici söz deməli və yeni bir erməni soyqırımına cəhdi dayandırmalıdır: “Artıq bir aydır ki, Qarabağda şiddətli müharibə gedir, Türkiyə müharibəyə var gücü ilə qatılıb və Azərbaycanı dəstəkləyir. Nəticədə inanılmaz sayda erməni gənci həlak olub. Əsl soyqırımdır”.
***Düşmən havadan və qurudan darmadağın edilir — Anar Eyvazov

Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib.
Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A.Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: «Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir».
***“Yolumuz Şuşayadır!”

Müdafiə Nazirliyi daha bir video yayıb.
Videoda Azərbaycan Ordusunun əsgəri bayrağımızı Şuşada dalğalandıracaqlarını deyir:
«Yolumuz Şuşayadır! İnşallah, üçrəngli bayrağımızı Şuşada dalğalandıracağıq. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!».
***Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib

Azərbaycan ordusunun əks-həmlə əməliyyatları nəticəsində işğal edilmiş Dağlıq Qarabağda eməni terrorçu Vaaqn Çaxalyan məhv edilib.
Bu barədə erməni sosial şəbəkələri məlumat yayıb.
***İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik

Biz həmişə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəmişik və indi bunun baş verdiyi üçün sevinirik.
Bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib.
M.Pakpurun sözlərinə görə, İran istənilən işğal və təcavüzə qarşıdır və bunu pisləyir.
General əlavə edib ki, ölkələrin ərazi bütövlüyü İran üçün böyük əhəmiyyət kəsb edir.
***İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdi

İran ordusunun Quru Qoşunları Azərbaycan və Ermənistanla sərhəd bölgələrində hərbi təlimlər keçirib.
Təlimlərdə piyada, topçu alayları və pilotsuz uçuş aparatları iştirak edib.
«Parstoday.com»un məlumatına görə, İran ordusunun birgünlük təlimləri milli güc və döyüş hazırlığını nümayiş etdirmək, habelə ölkənin şimal-qərbində əməliyyat hərəkətliliyini artırmaq məqsədi daşıyıb. İran Silahlı Qüvvələri bu təlimin Qarabağ münaqişəsi bölgəsindəki artan gərginlik və qarşıdurmalarla əlaqəli olub olmadığını bildirmir.
***Düşmən Qubadlıda 50 nəfərədək itki verib, geri çəkildi

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
***Erməni separatçılar uşaq bağçasında müşavirə keçirdilər

Bu gün qondarma Dağlıq Qarabağ respublikasının «prezidenti» Arayik Harutyunyanın rəhbərliyi ilə hərbi müşavirə keçirilib. Müşavirədə Azərbaycan ordusunun işğal altındakı torpaqların azadlığı uğrunda apardığı haqlı mübarizəyə mane olmaq, hərbçilərimizin irəliləyişlərini durdurmaq üçün yollar müzakirə edilib. Arayik Harutyunyanın bununla bağlı paylaşdığı məlumatda diqqətçəkən məqamlardan biri müşavirənin uşaq bağçasında keçirilməsidir. Döyüşdə ağır itkilər verən düşmənin uşaq bağçasına sığınması haradasa başadüşüləndir. Çünki bilirlər ki, Azərbaycan ordusu uşaq bağçasını hədəf almır. Qondarma Dağlıq Qarabağ respublikası rəhbərliyi növbəti müşavirəni hansısa doğum evində, yaxud gözəllik salonunda keçirsə, buna təəccüblənmək olmaz. Çıxılmaz duruma düşən erməninin hər cür əskikliyə əl atması gözləniləndir.
***Düşmən tərəf döyüşlərin Əsgəranda getdiyini deyir

Azərbaycan Ordusunun bölmələri ilə döyüşlər Dağlıq Qarabağın Əsgəran rayonunun Çanaxçı kəndində gedir.
Bu açıqlama ilə Qarabağ separatçıları rəhbərinin “mətbuat katibi” Vaqram Poqosyan çıxış edib.
Xatırladaq ki, Azərbaycan tərəfi də Silahlı Qüvvələrin Qarabağın dağlıq hissəsinin dərinliklərinə doğru irəlilədiyini təsdiqləyib.
***Ermənistan Baş naziri Nikol Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar ordumuz tərəfindən məhv edilir.

Daha öncə Ermənistanın ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi xəbərini vermişdik.
Dünən isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim