82 yaşlı şəhid anası Yardım Fonduna pul köçürdü

Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə həyat yoldaşı Xosrov Xanquliyevi, Füzuli rayonu uğrunda gedən döyüşlərdə isə oğlu, polis starşinası Nazim Xanquliyevi itirən, şəhid yoldaşı və şəhid anası 82 yaşlı Xeyransa Əsəd qızı Əsədova Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat yardım edib.

 Bu barədə məlumatı facebook səhifəsində Xeyransa Əsədovanın oğlu Faiq Xanquliyev paylaşıb.  Xatırladaq ki, Xeyransa Əsədova Ağdərə rayonunun Xatınbəyli kəndindən məcburi köçkün düşüb. Hazırda oğlu ilə birgə Almaniyada yaşayır. Ağbirçək anamıza uzun ömür diləyirik! 

Allah şəhidlərimizə rəhmət eləsin!

 Turan Xaqan

Bu xəbəri paylaşın: