Azərbaycan ordusunun bölmələri artıq Laçının Səfiyan kəndindədir, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
«Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub», — deyə məlumatda bildirilir.
