Ədalətsiz ABŞ-ın «pozğun» atəşkəsi

Düşmən günlərlə yalvardığı Pompeonun atəşkəsinə cəmi 1 dəqiqə çəkdi. Düşmənin mətiqinə görə atəşkəs zamanı biz durmalıyıq və onlar atəş açmalıdırlar. Çünki 1992-ci ildə atəşkəs edib Şuşanı işğal etdilər. Qoy ABŞ görsün ki, ermənilər sadəcə dünyanı barmaqlarına dolayıblar. Rusiyanın Lavrov atəşkəsini Gəncəyə raket atmaqla pozan vassal Ermənistan, heç Amerikanın atəşkəsinə riayət edərmi?

Artıq Tərtər, Ağcabədi, Laçın və s. məntəqələrdə ciddi pozuntular qeydə alınıb. Ədalətsiz ABŞ-ın «pozğun» atəşkəsinin ömrü cəmi 1 dəqiqə oldu. Qaldı ki, Kim Qardaşyanın çağrışıyla Amerikanın atəşkəsi elə Kardaşyana bənzəməliydi…

ATƏT Minsk Qrupunun həmsədri kimi ABŞ, Azərbaycana qarşı ilk ədalətsiz Aktın müəllifidir. Separatçıların nümayəndəliyinin fəaliyyətinə hər cür şərait yaradıb. Bu illər ərzində separatçı rejimə milyonlarla dollar yardım edib. Bu azmış kimi ABŞ bu gün də bitərəfliyini qorumaq əvəzinə, aşkar erməni təəssübkeşliyindən dəm vurur. 


Bu günədək qüvvədə olan 907-ci düzəlişin mahiyyətinə diqqət yetirin. Hücuma məruz qalan ölkəyə qarşı ABŞ «ədalətini» unutmamışıq. Nə də bu düzəlişdə rol oynamış vicdanını lobbi pullarına satmış Cozef Baydeni danışdıran mərkəzləri unutmamışıq. Həmin mərkəzlər bu gün Pompeonu danışdırır. Azərbaycan xalqı Amerikanın iyrənclikdə erməniyə bənzər Qafqaz siyasətinin bu coğrafiyada yürüyəcəyini gözləməsin.


907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən «Azadlığa Dəstək» Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Düzəlişi 907-ci maddəsində deyilir: «Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.»

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın «işğalı» (?) və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir.

ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.


Qafqazın və regionun 60 milyonluq bir xalqı bu Amerika oyunbazlığı ilə barışa bilməz. Əgər hökumət bu Atəşkəsə məcbur edilərsə, xalq o regionda yaşayan gəlmə erməni xalqını çıxdıqları bu gün ABŞ-ın cəhənnəmə çevirdiyı Suriyayadək qovmağa qərarlıdır. Bizim tarixi torpaqlarımızda Amerika mandatıyla yaradılmış Ararat və bu günkü Ermənistan Qafqazda qalmaq istəyirlərsə rədd olub BMT-nin tanıdığı sərhədlərimizi tərk etməlidirlər. ABŞ həqiqətən də regionda sülh istəyirsə, Ermənistanda azərbaycanlı qalmadığı kimi burada da erməni separaçılarının qalmamasına çalışmalıdır. Bu tək çıxış yoludur.


Bölgədə beynəlxalq təşkilatların ciddi surətdə nüfuzdan salınmasında erməni faşizminin və onu dəstəkləyənlərin ciddi rolu olub. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını görməzdən gələrək bizi günahkar bilən və terroru dəstəkləyən 3 imperiya bir Qrup yaradaraq status-kvonu qorumaqla məşğul olub. Hətta tərəflərdən birinə kəşfiyyat işləri görməkdən belə çəkinməyiblər. Məhz onların yarıtmaz fəaliyyəti sayəsində beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət verilməyib. BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələribəyanatları meydana çıxsa da adi söz olmaqdan o yana getməyib, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymayıb. Bu illər ərzində Əfqanıstanda, İraqda, Suriyada öz ölkəsinə təhlükə adıyla müharibə edən ABŞ, bu gün təcavüzkarla təcavüzə uğrayanı ayırmayacaq qədər siyasi korafəhmlikdir. BMT-nin qəbul etdiyi qətnamələr — 822, 853, 874 və 884 saylı sənədlər gərəksiz kağız parçalarına çevrilməkdədir.

Bu gün Azərbaycan Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyev beynəlxalq təşkilatları və qurumları utancverici bir durumdan xilas etmək üçün tək başına meydandadır. Hansısa BMT qətnaməsini həyata keçirmək üçün koalisiya (biz daxil) yaradan ABŞ isə Qafqazda təcavüzkarı dəstəkləyən bir tövrdədir və ölkəmizin 20%-ni xarabazara çevirmiş terrorçu-separatizmi qorumağa çalışır. Bu gün öz gücü və öz ölkəsinin imkanları hesabına BMT 822, 853, 874 və 884 saylı Qətnamələrinin icrasına və bölgənin terrorçulardan təmizlənməsinə çalışır. Bu səylərə görə İ. Əliyev beynəlxalq aləm tərəfindən ən azı dəstəklənməli və öyülməlidir. Bölgədə sülhün yaranması üçün göstərdiyi fəaliyyət və apardığı antiterror əməliyyatları təqdir edilməlidir. Əsil Azadlığa dəstək və Sülhə dəstək budur. 

Saxtakarcasına və ibliscəsinə 80 minlik bir qondarma separatşı topluma görə, yüz illiklər boyu qazandıqları əmlakları talana uğramış, minlərlə insanı öldürülüb əlil edilmiş 800 minlik aborigen azərbaycanlı əhalinin köçkünə çevrilməsinə səbəb olmuş faşizmin və terrorizmin üstünü «xalqların müqəddəratını təyin etmə» kimi qondarma bir müddəa ilə örtməyə çalışmaları siyasi çirkinlikdir. Helsinski Aktının qalan 9 bəndini təmin etmədən 10-cu bənddən dəm vuranların çirkin oyunları ortadadır.

Bu gün Azərbaycan xalqı Vətən müharibəsi aparır. Bunu görməzdən gələnləri belə qarşılarına alacaq bir hisslə imdad gözlədikləri saxtakar və terror dəstəkçilərinin sıraları durmadan aşkara çıxmaqdadır. Bu sıra pozulacaq. Sizlərə lazım olanda terrorçu, sizlərə sərf edəndə isə əsil terrorçu «müqəddaratını təyin edən» olduğunu gizləyə bilməzsiniz. Bu terrordan maddi olaraq Azərbaycana vurulmuş 800 milyard dollar zərəri Ermənistanla yanaşı onu dəstəkləyən ölkələr də ödəməyə borcludurlar. Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin müddəalarını Ermənistanın pozması cəhənnəm, terror dəstəkçisi kimi çıxış edən ATƏT Minsk Qrupu həmsədrləri olan ölkələr, öz müqəddəratını S-300-lərlə, ballastik raketlərlə, qadağan olunmuş uzaq mənzilli kasetli silahlarla və s. tələb edir? Niyə bu 30 il ərzində bu qadağan silahların terrorçuların əlinə keçməsini ABŞ müzakirə etməyib?

Qaldı erməni lobbisi deyilən o erməni saxtakarlığına inanmayın. O da bir erməni blefidir. Bir-iki ayağı sürüşkəni pulla ələ almaqla və yaxud Qardaşyanın yatağına salmaqla lobbiçilik olmur. Cənablar ABŞ-ın imicini bu biyabırçılıqdan xilas edin, ya da sakitcə dayanın biz sizin nüfuzunuzu xilas edək…

Əmrinizdəyik Komandanım! Bir əmrinizlə milyonlarla insan düşmən üzərinə yürüməyə hazırdır!

Qarabağ Azərbaycandır!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: