AVMVİB sədri F. Rzaquliyev: «Biz müharibə veteranları öz Ali Baş Komandanımızdan bizi müharibəyə aparmadığına görə «incimişik»…»

Anti Azərbaycan təbliğatı vəchlə bizim şanlı ordumuzun müzəffər yürüşünə kölgə salmaq, 3-cü dövləti münaqişəyə cəlb etmək kimi çirkin məqsədlə güya bizim sıralarımızda hansısa terrorçuların və yaxud da xarici güclərin iştirakı ilə bağlıdır. Məkrli düşmən və onun havadarları inadla bu çirkin dezinformasiyaya start veriblər.

Əldə etdiyimiz ilkin məlumatlara görə PKK və bu tip terrorçularla çiyin-çiyinə vuruşan Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan əsil rejisora çevrilib və feyk kadrlar «istehsal» etməkdədir. Şuşanın bu feyklərınə inanan siyasətçilərin  başına kül olsun. 

Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin fikirlərini soruşduq. AVMVİB sədri Füzuli Rzaquliyev dedi: «Ali Baş Komandanımız bu  məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib. Cənab İlham Əliyev deyib: «Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb».

Ən son Prezident İlham Əliyev bunu ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirmişdi: «Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl, müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir».Bunca açıq bir mövqe ortadadır. Əlavə olaraq bildirmək istəyirəm ki, bu gün üçün dünyada ən reytinqli lider olan və 60 milyonluq bir xalqın Komandanı olan İlham Əliyevin bir çağrışıyla təkcə 10 milyonluq Şimali Azərbaycanda 1,5 milyon şəxs orduya yazılmağa növbə gözləməkdədir. İranda Cənubi Azərbaycan ərazisində yaşayan soydaşlartımızdan müraciətlər alırıq ki, 1 milyon insanımız Qarabağ uğrunda savaşa hazırdırlar. Avropada və Rusiyada yaşayan milyonlarla soydaşımız da bu əmri gözləməkdə olduqlarını dönə-dönə bəyan ediblər.

Sizcə bu insan qaynağına malik bir ölkə hansısa terrorçunu öz ölkəsinə buraxmasına inananların insan olmasına inanmaq belə günahdır. Hələ soyca və dini mənsubiyyətcə eyni kökdən olduğumuz 85 milyon Türkiyə türkləri də yanımızdadır. Savaşı toy-bayram kimi qarşılayan bir xalq terrorçu ilə bir sırada durmağı özünə rəva bilərmi?Bu yaxınlarda bir zarafatyana açıqlama vermişdim ki, biz müharibə veteranları öz Ali Baş Komandanımızdan bizi müharibəyə aparmadığına görə «incimişik».

Ən azı ayağı yer tutan bir veteran korpusu Komandanın əmriylə İrəvana da bayraq taxmağa hazırdır. Bu cür qarayaxmaların məqsədi Şanlı ordumuza, bacarıqlı və səriştəli sərkərdəmiz İlham Əliyevə və qüdrətli xalqımıza qara yaxmaqdan qeyri bir şey deyildir. Cəbhəhəyə Əzraillik işi qalmış qocaları, az yaşlı qız və oğlanları və ən nəhayət öz arvadını göndərən Paşinyan kimi klounlar bilməlidirlər ki, bu ordunun sayı bilinməz. Çünki bu Vətən uğrunda savaşmaq üçün 10 milyonluq deyil, 60 milyonluq xalq Ali Baş Komandanın əmrini gözləyir və bunu özü üçün şərəf bilir.

Bunca insani qaynağı olan bir liderin apardığı Vətən müharibəsinə qara yaxmaq istəyən Rusiya, Fransa və ABŞ bir daha düşünməlidirlər. Tutduqları ədalətsiz mövqeyə, terrorçu-separatçılara dəstəkçi olduqlarına görə və bizim dinc sakinlərə yönəlmiş hərbi cinayətlərdə əlləri olduqlarına görə ATƏT Minsk Qrupu həmsədrliyindən istefa verməlidirlər.

Həmçinin BMT TŞ -nin 4 qətnaməsini həyata keçirən cənab İlham Əliyevdən bu dövlətlər rəsmən üzür istəməlidirlər. Əks halda bu dövlətlərin Cənubi Qafqazda reytinqləri və gələcəkləri şübhə altına alınacaqdır. Azərbaycan xalqı bu 30 illik bu dəhşətlərə və faşizmə silahla, yardımla və digər vasitələrlə yardımçı olmuş heç kəsi unutmayacaq.

Əmrinizdəyik, Komandanım! Tanrı Ordumuzu və Ali Baş Komandanımızı qorusun! Qarabağ Azərbaycandır!»

Elnur SƏLİM

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •