Ermənilərin öldürdüyü 7 yaşlı Aysu — Bu hərbi cinayətdə Lavrov və Makron günahkardırlar

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.


Erməni hərbi cinayəti nəticəsində Azərbaycanın 4 mülki vətəndaşı həlak olub. Onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatıb.


Aysunun 3 yaşlı bacısı Tahirə İsgəndərova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa, Ermənistanın hərbi cinayəti nəticəsində xəsarət alanlar arasında digər azyaşlılar da var.

Bu xəbəri paylaşın: