CƏBHƏ GÜNDƏLİYİ — 27. 10.2020-Cİ İL -30 GÜN

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Ali Baş Komandan hər kəsin qəlbini fəth etməkdədir…


Parçalanmış erməni cəmiyyəti qarşısında lideri bəlli bir monolit birlik görməkdən qorxuya düşür. Bu gün cənab İlham Əliyev yeganə liderdir ki, xalq onun çıxışlarına nöqtəsinədək qulaq kəsilir. Körpəsindən yaşlısınadək hər kəs onun əmrini gözləyir və ona inanır. 

O, həqiqətən tarix yazan bir Xaqandır. Hər kəs bu yazılan tarixdə yaxşılığa aid bir əməl göstərmək bəhsindədir. Hər kəs bu Komandana əsgər olmaq istəyir. Var ol Komandanım! Yaxşı ki, varsınız!

30 ildir danışıqlar yolu ilə bir qarışı belə qaytarılmayan torpaqlarımızın önəmli bir qismi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən 30 gün ərzində azad edildi. 30 ilə itirdiklərimizin artıq 30 faizdən çoxu azad edilib.

1 ay müddətində Rəşadətli Ordumuz 166 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəkliyi düşməndən təmizləyib, həmçinin düşmənin 2 milyard dollarlıq hərbi texnikasını məhv edib və qənimət kimi götürüb.


***»Pakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib”


Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.
«Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, — bildirilib.


***Ərdoğanla Putin Qarabağı müzakirə etdilər 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezidentlər Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub.


***Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı


Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir»…

***Erməni tanklarından ermənilərə qarşı istifadə olunacaq

Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi texnikalar rənglənərək yenidən istifadəyə hazırlanır.

Ələ keçirilən 8 tankdan 4-ü tam saz vəziyyətdədir. Həmin tanklar Azərbaycan əsgərləri tərəfindən düşmənə qarşı istifadə olunacaq. Təmir işləri aparılan digər tanklar da istifadəyə veriləcək.

Tanklar artıq Azərbaycan ordusunun tanklarının rənglərinə uyğun olaraq boyanıb.


***»Qisas» əməliyyatı: Azərbaycan hərbi cani, general Calal Arutyunyanı belə məhv etdi

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.Araik də deyir ki, Calal tezliklə qayıdacaq. Calal çətin qayıdar, amma Araik tezliklə onun yanına yola salınacaq.


***Ermənistana 2,7 milyard dollar ziyan dəyib

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafiə xərclərinin həcmindən 4 dəfə çoxdur.


***Tərtər şəhəri və ətraf kəndlər “Smerç” raketlərindən atəşə tutulur. Ermənistan tərəfi humanitar atəşkəsi kobudcasına pozur.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı: “İstənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq, məhv etmə hüququna malikik”.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Xidmətin direktor müavini Armen Abazyan münaqişə zonasında aktiv döyüş əməliyyatları zamanı sərhəd qoşunlarının itkiləri ilə bağlı statistik məlumatları təqdim edib.

«Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları döyüş əməliyyatlarına cəlb edilib. Onlardan 37 nəfər ölüb, 4 nəfər itkin düşüb. Digər 243 nəfər yaralanıb», — Abazyan bildirib.


***Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.


Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.


Ölənlərin sayı 4 nəfərdir, 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.


***“Alwasela” saytı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxsin həlak olması, 10 nəfərin isə yaralanması barədə yazıb.

“Almasryalyoum” saytında isə Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bərpa edilmiş dövlət sərhədlərinin münaqişə zonası olmadığını dərk etməlidir. Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. 


***Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən, Ermənistana qarşı təminat tədbirlərinin tətbiq edilməsi barədə Azərbaycan tərəfindən vəsatət alıb.

“İnterfaks Azərbaycan” bildirir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.


***Türkiyə XİN-dən Ermənistanın Bərdəyə hücumuna reaksiya

Ermənistanın ötən gün elan edilən atəşkəsə baxmayaraq, Azərbaycanda döyüş bölgəsindən uzaqdakı dinc əhalinin məskunlaşdığı ərazilərə qarşı davam edən hücumları bütün bəşəri və əxlaqi dəyərləri ayaq altına alır.

Türkiyə XİN-in Ermənistan ordusunun Bərdə şəhərinə raket zərbələri endirməsi ilə bağlı bəyanatında belə deyilir.

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə qarşı hücumunda biri iki yaşlı uşaq olmaqla 4 dinc sakin həyatını itirib, 13 nəfər yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.


***Nikol Paşinyan xalqa növbəti müraciətində hərbçiləri hədələdi

Baş nazir müraciətində hərbi əməliyyatlar zamanı əmrləri icra etməyən hərbçilərin ciddi cəzalandırılacaqlarını qeyd edib.

“Əmrlərin icrasının məntiqi qeyd-şərtsiz və müzakirəsiz, hərbi vəziyyət şəraitində həyata keçirilməlidir, xüsusilə döyüş şəraitində. Kim ki, əmrə tabe olmur, kim ki, əmrin icrası iradəsini sarsıdıb, ciddi cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”, – deyə Paşinyan qeyd edib.

Baş nazir dünənki müraciətinin ziddiyyətli olduğunu etiraf edib. Bununla belə, o hesab edir ki, çıxışı “qəribə” görünməməlidir. Paşinyan qeyd edib ki, uğursuzluqlardan da vaz keçməyəcək.


***Hikmət Hacıyev: “Danışıqlar prosesinin tabutunda son mismar Paşinyanın Qarabağın Ermənistanın olduğunu söyləməsi oldu»

ABŞ-ın “New York Times” qəzetində Dağlıq Qarabağ münaqişəsində son durumla bağlı məqalə dərc olunub.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb. H.Hacıyev “Müzakirə prosesinin tabutundakı son mismar Paşinyan Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”, — deyə nəşrə bildirib.
***Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının bu ölkədəki səfiri Ramin Həsənov və Ermənistanın Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.

Tədbirin aparıcısı, “Korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.

***Şuşanın sərxoş təlxəyi — Nikol Paşinyan…

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: