AVMVİB sədri döyüşən ordumuza çağırış etdi

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 60-a yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Bu hərbi cinayət faktı erməni faşizminin əsil xislətini bir daha ortaya qoydu. Terror hadisəsi ilə bağlı AVMVİB sədri Füzuli Rzaquliyev, dünyada terrorizmi və faşizmi silahlandırmaqla məşğul olan Rusiya, Fransa və ABŞ -aın günahkar olduğunu bildirdi. Terrorçulara Smerç və sair raketləri verən Rusiya Haaqa tribunalına verilməlidir. Bu cinayət bəşəri cinayətdir. Mülki şəxsləri hədəfəalan raketlər və uzaq vuran artileriya qurğularını düşmən tərəfdə ruslar tərəfindən idarə olunması barədə məlumatlarımız var. Rusiya öz köpəklərini bölgədən nə qədər tez yığışdırsa o qədər yaxşı olar. Bu hərbi cinayətin günahkarları Rusiya, ABŞ və Fransadır. Əgər belə deyilsə təcili faşist Ermənisytanı 24 saat ərzində cəzalandırmağa borcludurlar.

AVMVİB sədri F. Rzaquliyev döyüşkən, qəhrəman ordumuza müraciət etdi: «Hər bir döyüşçüyə müraciət edirəm. Ölən hər bir mülki şəxs üçün ən azı 10 nəfər erməni əsgəri öldürməyə çağırıram. Allah əsgərimizi və xalqımızı qorusun! Allah bizi yolumuzdan sapdırmasın.»

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •