Rusiyanın Qafqazdakı məramı sülhmüdür?

Rusiyanın bölgəyə göndərdiyi sülhməramlıları Kəlbəcərdə separatçı — miqrantların evləri yandırmasına, ağacların kəsilməsinə və binaların talan edilməsinə seyrçi qalmasına səssiz qalmamalıyıq. Rusiya sülhməramlılarının Azərbaycan sərhədləri daxilində Azərbaycan qanunlarına tabe olmaları tələb olunmalıdır.

Sadalanan qeyri-qanuni hərəkətlər, hətta Rusiya Federasiyasının qanunlarında da cinayət tərkiblidir və bu tabasaran Rüstəm Muradov erməni separatçı terrorbaşı Arayiklə görüşmək əvəzinə, sadalanan cinayətləri önləməliydi. Çünki birgə bəyanatda Araiklə bağlı heç bir punkt yoxdur. Üstəlik, aldığımız məlumata görə düşmənin terrorçu dəstələri çıxdıqları ərazilərdə minalama işləri aparmaqdadırlar və bunu rus «separat məramlılarının» gözləri qarşısında edirlər. Putin bu günlər ərzində RF -dən çox Qarabağla bağlı qərarlar verməsi, bir daha göstərir ki, rusların «burcutma xəstəliyi», yəni «ənənəvi olaraq «siyasi babasil» xəstəliyi başlayıb. Anlaşmada Qazaxın kəndlərinin adı hallansa da, bu gün buna dair danışıq belə yoxdur və mətndən çıxarılıb. Niyəsini Putin izah etməlidir.

Bildirdiyim kimi Azərbaycan Ordusu ölkəmizin suveren haqlarını bərpa etməsinə hörmətlə yanaşmayan bu «sülh məramlıları» elə rusun varlığını Qafqazda istəməyən xalq özü tərksilah edəcək. Bir daha xatırladıram ki, Azərbaycan hüdudlarında bu qüvvələr bizim qanunlar çərçivəsində hərəkət etməlidir və aparılan inzibati yerləşmələr də Azərbaycanın inzibati bölgüsünə uyğun aparılmalıdır. Xatırladım ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir.

Ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; 

Çərəktar, Qozlu, Kotavan, YuxarıOratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drombon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; 

Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet,  Canyataq, Dəmirli,  Gülyataq, Talış,  Seysulan, Suqovuşan kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.

Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14500 -dən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçib. Bu gün yeni bir realıq yaranıb. Kəlbəcərin boşaldılmasıyla bərabər Kəlbəcər rayonuna verilmiş  Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya,  Yayıcı, Dəvədaşı,  Drombon,  Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu,  Vəngli, Çormanlı, İmarət Qərvənd,  Zardaxaç,  Çapar, Həsənriz, Narınclar,  Damğalı, Kolatağ kəndləri və Ağdam rayonunun boşaldılmasıyla bərabər  Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə,  Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri də boşaldılmalıdır. Bu nüansları diqqətdən yayındırmaq olmaz.


Bu gün həqiqətən də məğlub erməniləri hifz etmək missiyası ilə bölgəmizə soxulan Rusiya elə düşünməsin ki, onun 90-cı illərdə törətdiyi cinayətləri və erməni adıyla torpaqlarımızı zəbt etdiklərini unutmuşuq. Qarabağ probleminin yaradıcılarından olan Vladimir Kazimirov erməni nəşrinə verdiyi müsahibədə bildirmişdi ki, Heydər Əliyev sənədi imzalamaq istəmirdi. Onu məcbur etmək üçün ardıcıl olaraq rayonların işğalını planlaşdırdıq. Bu gün bölgəyə yeridilən «sülh məramlılar»ın 2 ədəd «Qrad» BM-21 silahları da ölkədən çıxarılmalıdır. Bu silahlar yüngül silahlarla əvəzlənməlidir. Çünki razılaşmada «Qrad» BM-21 adı yoxdur. Üstəlik, Qərb cəbhəsində bu silah Şuşaya istiqamətlənmiş mövqe tutmasını hər kəs bilməlidir. BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır və bu bu hüquqi bazaya uyğun olaraq sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər. Bu briqadanın hər bir əsgərinin “Ratnik” döyüş avadanlığı dəsti var. Üç il əvvəldən briqada BMD-4M desant döyüş maşınlarına və BTR-MDM Rakuşka zirehli transportyora keçməyə başlayıblar. Sülhməramlıların radio elektron mübarizə üçün müasir elektron müharibə vasitələri də mövcuddur. Ayrıca, briqada Rusiya istehsalı “Orlan-10” dronları ilə silahlanıb. Bu PUA-lar maksimum məsafədə (120 kilometr) hava kəşfiyyatını təmin edirlər.


Rusiya öncə dediyimiz kimi ənənəvi olaraq «siyasi babasilli» bir siyasətə malik ölkədir. Bu gün Türkiyə ilə razılaşdığı nüanslara qarşı «burcutmağa» Kalantaryan-Lavrovu qabağa verir. Amma mujik inadkarlığıyla qanmaq istəmir ki, «üç bacı» siyasətiylə 30 ildir ki, bölgəni «Boz zona» elan ediblər. Başda dayanan ölkə kimi Rusiyanı hər kəs tanıyır. Bir neçə ildir ki, ABŞ-da və digər Qərb ölkələrində hərbi dildə rəqib dövlətlərin milli maraqları uğrunda mübarizədə hərbi əməliyyatlar apardığı boz zonalar (Boz zonalar, GZ) ilə bağlı fəal bir müzakirələr aparılır. Düzdür, bu, bəzi münaqişə tərəfləri üçün hadisələrin xoşagəlməz inkişafı halında qoşunlardan istifadə ehtimalını nümayiş etdirirdi.

Bu maraqlar çox həcmli bir quruluşa malikdir və daxili siyasi, iqtisadi, mənəvi, beynəlxalq və hərbi kimi bir-biri ilə əlaqəli və geniş miqyaslı sahələri əhatə edir. Bu maraqlardan Azərbaycanın, yaxud da qalibin tərəfdaşı olan Türkiyənin əl çəkəcəyini, yaxud da geri addım atacağını düşünürsə, onun normal ağlı qalmayıb. Türkiyə 30 illik bir problemin həllinin memarı kimi bu problemin memarı olan Rusiyaya meydan verəcəyini düşünənlər, necə də sadəlövhdürlər. Bu 30 yaşlı problemi Rusiya deyil, Türkiyə həll etdiyini artıq bütün dünya qəbul etməkdədir. Ağrılı olsa da qəbul etmək zorundadırlar.


Biz qalibik. Bundan sonra Rusiya yüzlərlə helikopterini vursa da, Bakıya atom bombası atsa da bu savaşda bir daha onun qalib gəlmək şansı yoxdur və olmayacaq. Rusiya son illüziyalarını öz köpəkləri olan terrorçu yığnaqla bol-bol paylaşmaq şansından da istifadə etdi.

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: