AVMVİB Yardımlı rayon şöbəsi xeyriyyə aksiyalarını davam etdirir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən xeyriyyə aksiyaları davam etdirilir. Rayon ictimaiyyətinin və xeyirxah insanların dəstəyi ilə ehtiyacı olan ailələrə, aztəminatlı şəxslərə və müharibə veteranlarına yardımlar göstərilir.

Məlumata görə, xeyirxah eloğlularımızın dəstəyi ilə bir müddət əvvəl 2 ton kartof və 1 ton soğan Yardımlı rayonuna göndərilərək imkansız ailələr arasında paylanılıb. Bundan əlavə, son günlər 10 ailə üçün ərzaq bağlamaları təqdim olunub, həmçinin xəstə bir vətəndaşa xeyirxah bir hacının dəstəyi ilə maddi yardım göstərilib.

AVMVİB Yardımlı rayon şöbəsi bildirir ki, hazırda Qurban bayramı ilə əlaqədar yeni yardım aksiyalarına hazırlıq görülür və bu istiqamətdə xeyirxah insanların dəstəyinə ehtiyac var. Birlik rayon sakinlərini və imkanlı şəxsləri ehtiyacı olan ailələrə dəstək olmağa çağırıb.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: