Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 103-cü ildönümü münasibətilə hərbi yönümlü qeyri-hökumət təşkilatlarının Koordinasiya Mərkəzinə üzv QHT-lər Birinci Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Koordinasiya Mərkəzinə daxil olan təşkilatların rəhbərləri və üzvləri Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri düzmüş, onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlamışlar.
Qeyd olunmuşdur ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən dövlətçilik siyasəti bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Koordinasiya Mərkəzinə üzv təşkilatlar bundan sonra da Ümummilli Liderin ideyalarına sadiq qalaraq dövlətçilik maraqlarının qorunması, vətənpərvərlik ruhunun təbliği və şəhid ailələri, qazilər və veteranlarla bağlı fəaliyyətlərini qətiyyətlə davam etdirəcəklərini bildirmişlər.
AVMVİB-in Mətbuat xidməti

.jpg)

.jpg)
.jpg)
.jpg)
