Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən rayonun Avaş kəndində qazilər və müharibə veteranları ilə görüş keçirilib. Görüş zamanı AVMVİB sədri Füzuli müəllimin və sədr müavini Vahid müəllimin salamları qazilərimizə və veteranlara çatdırılıb.
Tədbir çərçivəsində 23 nəfər müharibə veteranına və ehtiyacı olan ailəyə ərzaq yardımı təqdim olunub. Qeyd edilib ki, ərzaq məhsulları xeyirxah bir eloğlu tərəfindən göndərilmişdir. AVMVİB Yardımlı rayon şöbəsi adından həmin xeyirxah şəxsə, göstərdiyi dəstəyə görə qazilərimizin, veteranlarımızın, aztəminatlı ailələrin və rayon ictimaiyyətinin minnətdarlığı ifadə olunub.
AVMVİB-in Mətbuat xidməti
