Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib.
Fedai.az bildirir ki, xəbəri RİA Novosti yayıb.
«Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır», – deyə Rusiya Prezidenti qeyd edib.
«Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu», – Putin vurğulayıb.
V. Putin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistanın buna qarşı olduğunu bildirib.
Rusiya Prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolundan da danışıb: «Qarabağ məsələsində Türkiyəyə hər cür qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz».
“Rusiya Prezidenti Vladimir Putin bildirib ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağda hərbi fəaliyyətləri dayandırmağa razı salıb, lakin Ermənistan bunun əleyhinə çıxış edib”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O, bildirib ki, 19-20 oktyabrda həm İlham Əliyev, həm də Nikol Paşinyanla bir sıra telefon danışıqları aparıb. Putinin sözlərinə görə, onun üçün gözlənilməz şəkildə İrəvan bu təklifi qəbul etməyib.
Rusiya lideri əlavə edib ki, döyüşlərin sona çatmasına qədər Qarabağda vəziyyət kritik olub, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq vaxt çatışmazlığına görə mümkünsüz olub.
V. Putin bildirib ki, Ermənistanın Qarabağla bağlı 10 noyabrda əldə olunmuş razılaşmadan imtina etməsi ölkə üçün intihar ola bilər.
“Azərbaycan Silahlı Qüvvələri Şuşanı nəzarətə götürdü. Paşinyanın dediyi kimi, vəziyyət erməni tərəfi üçün kritik idi. Saatların hesabı gedirdi. Xankəndinin götürülməsi və sonrakı irəliləyiş mümkün idi”, — deyə V. Putin qeyd edib.
Rusiya prezidenti regionda qan tökülməsini dayandırmağa nail olmağın çox vacib olduğunu vurğulayıb.
