Ağdam boşaldılması davam edir…

Bəzi saytlarda belə bir yanlış informasiya verilir: «Ağdərinin 7 kəndindən ermənilər çıxarılır».


Bu yalan informasiya ləğv edilmiş Ağdərə «rayonun rəhbəri» Ayk Baxşiyanın «Novosti Armenia»ya bildirdiyi məlumat əsasında yayılır. Söhbət ermənilər yaşayan Nor Marağa, Nor Aygestan, Seysulan, Nor Karmiravan, Nor Aykadzhur, Ovtaşen və Nor Jraberd adlandırdığı kəndlərdir. Bu qondarma adları Ağdam rayonunun Papravənd kəndinə- Nor (Yeni) Karmiravan, Əliağalı kəndinə — Ovtaşen, Nor Jraberd, Qızıllı Kəngərliyə- Nor Marağa, Mollalar -Nor Ayqestan (Çaylı), Almədədli — Nor Seysulan, Boyəhmədli kəndinə isəNor Aykadzhur adı vermişdilər. Əslində Azərbaycanın son inzibati bölgüsünə görə Sırxavənd, Kiçan, Qazançı, Baş Güneypəyə, Ortapəyə, Xatınbəyli və Manikli kəndləri (Bəşirlər, Qaraşlar, Tellibinə kəndləri daxil) boşaldılmalıdır.


«Azərbaycan ordusu irəliləyəcək, həmçinin orada sülhməramlılar yerləşdiriləcək. İndi bir şey deyə bilərəm: təxliyə ilə bağlı qərar var», — deyə Baxşiyan deyib.


Ağdərə ərazisinin qondarma adminstrasiya rəhbəri Sasun Harutyunyan da bildirib ki, rayonun 6 kəndi Azərbaycana veriləcək. Kənd sakinlərinə ərazini boşaltmaq əmri verilib. Onlar 19 noyabr 23:00-a kimi kəndləri boşaltmalıdır.


Qeyd olunur ki, bu yaşayış məntəqələri münaqişə öncəsi inzibati bölgüyə görə, Ağdam rayonuna məxsus olub. Bu gün hər addımda həyasızlıq nümayiş etdirən bir düşmənlə üzbəüz olduğumuzu unutmamalıyıq. Diqətli və mübariz olmalıyıq…

Bu xəbəri paylaşın: