Millət vəkili AVMVİB-yə fəxri üzv seçildi

Millət vəkili Ülviyyə Ağayeva öz facebook səhifəsində paylaşım edib: «Belə əziz gündə — 10 noyabr Şanlı Qələbə günündə məni fəxri üzv seçmələri və «Milli Ordu-100» xatirə medalı ilə təltif etmələrinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə və AVMVİB-nin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyevə və bu seçimi dəstəkləyən bütün Qazi qardaşlarımıza dərin təşəkkürümü bildirirəm.

Bu medalın müharibə veteranları və müharibə əlillərinə qayğı göstərən, onların dostu olan hüquqi və fiziki şəxslərə təqdim olunduğunu bilərək məni də özlərinə dost seçdiklərinə görə ayrıca təşəkkür edirəm.Vətən yolunda, torpaglarımızın bütövlüyü uğrunda canlarını əsirgəməyən bütün qazilərimizə minnətdarlığımı bildirirəm. Biz onlara həmişə borclu olacağıq.»

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: