Şuşa ətrafında döyüşlərdə gorbagor edilmiş suriyalı muzdlular

Ermənistanın Daşnaksütyun Partiyası Şuşa ətrafında döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən muzdluların kimliyini açıqlayıb.

Bildirilir ki, bunlar Suriya erməniləri — Hələb şəhərində silahlı qruplaşmaların komandiri Arut Banoyan (1976-cı il təvəllüdlü), silahlı qrpuplaşma üzvləri Akop Astarçyan (1991-ci il təvəllüdlü) və Mosik Seklemyandır (1992-ci il təvəllüdlü). 

Düşmən özü Suriyadan 100-dən artıq terrorçu erməni mənşəli ünsürün döyüşlərə qatıldığını bəyan etmişdi. Amma Ermənistana gələn terrorçuları nədənsə «könüllü» kimi dünyaya sırıya bilir.

Bu xəbəri paylaşın: