Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı — SİYAHI

«Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib. 


1-ci maddədə «Azərbaycan Respublikasının ən yüksək təltifi — «Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:


«Zəfər” ordeni;
«Qarabağ” ordeni.


1.2. 2-ci maddəyə «Qızıl Ulduz” medalı;» hissəsindən əvvəl «Vətən Müharibəsi Qəhrəmanı» medalı;» hissəsi və «İgidliyə görə» medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.


«Cəsur döyüşçü” medalı;
«Döyüşdə fərqlənməyə görə” medalı;
«Suqovuşanın azad olunmasına görə” medalı;
«Cəbrayılın azad olunmasına görə” medalı;
«Xocavəndin azad olunmasına görə” medalı;
«Füzulinin azad olunmasına görə” medalı;
«Zəngilanın azad olunmasına görə” medalı;
«Qubadlının azad olunmasına görə” medalı;
«Şuşanın azad olunmasına görə” medalı;
«Kəlbəcərin azad olunmasına görə” medalı;
 «Ağdamın azad olunmasına görə” medalı;
 «Laçının azad olunmasına görə” medalı;
 «Vətən müharibəsi iştirakçısı” medalı;
 «Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

Bu xəbəri paylaşın: