Prezident general-mayor ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 


Sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.  

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Azərbaycan Respublikasının IV Prezidenti İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edildi. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda» medalına layiq görülüb.


2016-cı ildə isə polkovnik-leytenant Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə «İgidliyə görə» medalına təltif edilib.

Bu xəbəri paylaşın: