AZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIR

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri


Dostum və oxucum Araz bəyə (Orxan Sang) ithaf edirəm…

TƏKRAR

Bu gün bəzi xalqlar ölçülərinə baxmadan bizim əski geyimimizi geyinməyə can atırlar. Sanki 1 yaşlı uşaq dağ boyda qəhrəmanın geyimini geyib. Avrosentrist hindavropaçılar dünya tarixini elə qarışdırıblar ki, bu xaosda heç özlərini də tapa bilmirlər. Məsələn, haylar fransızların uydurduğu (keşiş Kalmetin (1672-1757) uydurduğu) tarixi yalanlara inanan Kornifin müqəddəs məbəd fahişələrinin övladları kimi, bu gün özlərinə Arsaq (Artsax) deməkdən də çəkinmirlər. Bu gün özlərini Oğuz adlandıran bu separatçı topluma cavab belə vermədiyimiz, bəlkə də verə bilmədiyimiz fakt kimi ortadadır.

Bunu bir daha xatırladıram. «Oğuznamə»lərə görə Arsaqlar 24 Oğuz boyunun sol qolunu təşkil edən Üç Okların Göy Alp (Göy Xan) oğlu Bayandur boyundandır. Böyük Arsaqların uc bəyliyi sayılan Kiçik Arsaqlar (Arşakuni) qolu isə Dağ Alp (Dağ Xan) oğlu Salur boyundan və Qazan xan sülaləsindəndirlər. Dini təfsirlərə görə (Tora, Bibliya, Quran) Arsaqlar İbrahim peyğəmbərin Türk xaqanının qızı Kötürədən olan oğullarının nəsilləri olduğunu yazırlar. «Dünyanın kralları sizdən çıxacaqdır»-deyə İbrahim peyğəmbərin duasını almış bir soy hesab olunur.

Əski Oğuzların sak-skif-sanq-skuz-uz-quz və s. adlanması prosesi XVIII əsrədək davam etsə də, bu gün yüzlərlə yanlışlarla dolu kitablar nəşr edilib bizi kökümüzdən ayırmaq istəmələrini sezməməyimiz öz zəifliyimizdir. Bu gün biriləri çıxıb alban olduğunu, biri midiyalı olduğunu, digəri isə sak olduğunu elan edirlər. Amma bu əsilsizlər heç olmasa anlamırlar ki, bunlar eyni tayfalara aid dövlətlərdir.

Sakları İroni qövm adlandırmağa çalışan rusiyalı və xüsusən də osetiyalı bəzi alimlərin Yunan mənbələrindən keçən şəxs adlarını necə gəldi ironiləşdirməyə çalışmaları gülüş doğurur. Əslində onlar yaxşı bilirlər ki, onların əcdadları heç alanlar da deyil, az saylı alonlardır.
Yunan mənbələrində çəkilmiş adlara diqqət edin:


FARN— (osetin və ya ironi dillərdə «təşəkkür» kimi yozulub, yəni «afərin»). Əslində isə əski oğuzca bu söz «Afran-avran» indiki anlamda «evren (əvrən)» deməkdir. Bu söz «seçkin, seçilmiş» anlamında olan sözdür. Antonimi «afras-avras (əvrəs)» sözüdür. Alp Ər Tonqanın adı «Avestada» Franqrasian kimi keçər. Bu da «seçilmişlərin başçısı» deməkdir. Bu ad Firdovsi tərəfindən saxtalaşdırılmış və Əfrasiyab kimi vermişdir. Yəni, pislərin pisinin başçısı. Bu özgə bir mövzudur.Təkcə onu deyim ki,bu adla öz xaqanımıza min ildir, bu adla söyürük.

XSAR-(Güya irandilli osetincə-hərbçi). Əslində isə Xsar deyil, Axsar(iksar). İndiki anlamda Əsgər (Aksar) deməkdir. Sak dilində bu «Günəş yolçusu, döyüşçüsü» anlamı daşıyır.


ALDAR-(İroni-osetincə «cənab» deməkdir). Əslində Oğuzca «Aldar (Eldar)» deməkdir. Bu gün də türklərdə işlək şəxs adıdır və «el canlı» deməkdir.


LİMAN-(İroni-osetincə «dost» deməkdir). Əslində isə, oğuzca «Aliman (Elman)» adıdır. İndi də işlək addır.

SAQ-(ironi-osetincə «maral» demək olduğu yazılır). Əski oğuzca və hətta M. Kaşğarlının lüğətinə görə «qüvvətli, qoçaq» anlamındadır.


SAR-(İroni-osetincə «baş-kəllə»). Əslində isə sak-oğuzca «çar», «başçı» deməkdir. Herodot skiflər haqqında yazarkən Targitos (Targitay, Tangrıtay) oğullarının adını Arpoxais (Ərbəksay-Arbaksar), Lepoxsais (Alpoksay-Alpoksar) və Koloxais (Kolaksay- Kolangsar) (IV,5), yaxud Qeraklın (Qoroğlu) oğullarını Agathyrsos (Ağacərilər), Gelonos (Kolanlılar) (bildirim ki, ruslar və bizim ruscadan tərcümə edənlər qəsdən yunan dilindən fərqli şəkildə bu hissəni tərcümə edərlər. Çünki Kolanıların adı yunanca aşikardır və bu da Avrosentrizmin yalanlarını faş edir), Skithes (İskit) (IV, 10) adlandırıb. Bu ad makedonlarda-Gauanes, Airopos və Peredikkas (VIII,137), şimali germanlarda — Elqfrodi, Forir və Bödwar, yaxud Wili, Wodin və We, yaxud da Ingiwio, Istwio və Irmino adlandırırdılar.

Bu adlardan yalnız biri yunan, iran, german və hind dilində «üçüncü» mənasında işlənilib.


-«Frid», «Tritos»,»Frita», «Trita». Bu da sonuncu oğulun sıra nömrəsidir və işarət Kolaksarın, yəni Kolan (yun. Gelonos) sözünün üstünə düşür. Bu da minarət məsələsidir, yəni kiçik oğulun avtomatik varis sayılması ənənəsi, yalnız Azərbaycan türklərində yer alıb. Bu tezisi Monteskyö, həm də Zasidovskiy araşdırsa da tapa bilməyiblər. Türklərdən, yalnız Osmanlı cəmiyyəti nəzərdən keçirilib və orada bu varislik fərqli olduğu qeyd olunub. Amma bu məsələnin böyük əhəmiyyəti var…


STIR-(İRONİ-OSETİNLƏRƏ GÖRƏ «böyük» deməkdir).Əslində əski oğuzca və türkcə «astar, içlik» deməkdir.


ANDAN-(İroni-osetincə metal deyildiyi yazılıb). Bu söz indiki «Polad» adına uyğundur və bu ada dəmiri döymək üçün istifadə olunan «zindan» sözünə uyğundur.

KARTASİS(CARTHASİS)-Bu ad bir ingilis dilli mətndə Makedoniyalı Filippin dövrünü anladan mətndə çəkilir.«THE WERE LED BY CARTHASIS TO THE SIGTHIAN KING» (İskit kralı Carthasis (yəni Qardaş) tərəfindən»…-deyə yazılır. Sakca «qardaş» sözü indi də dilimizdə işlənir və bu sözün yaranmasında Oğuz cəmiyyətində bölünmənin tarixi şifrələnib.

Dandamayev, Sısoyev və Abayevdən fərqli olaraq bu sadaladığım adlarda türk izlərini görən görkəmli alimlərimiz Y. Yusifov və Q. Qeybullayev də bir neçə adı nəzərdən keçirmişlər.Tanrı adı olan Qoytosir (yunanlarda Apollon) adını V. Miller, İ. Makvart, X. Qote də irandilli söz olmadığını qeyd etmişlər. Lakin etimologiyasını açarkən «köpək», yaxud «qurd basan» kimi yozmuşlar. Lakin mən düşünürəm ki bu Tanrının missiyası Günəş şüalarını yerə çatdırmaq olmasıyla əlaqədardır və bu ad indiki zamanda «Göy tüşür (Göyün təsiri)» sözündən başqası deyildir.

XONAXİS-Bu sözü Q. Qeybullayev araşdırmış və V. Abayevin bu sözü osetin dilindəki «xonek»-«dəvətçi» kimi yozmasına və E. Qrantovskinin hind dilində «khanaka»-yer qazan kimi yorumuna qarşı əski türkcədə olan «konak» sözünü irəli sürür. -İs bu adda yunan şəkilçisi olduğu göz önündədir.


OİRPATA-İronicə «ər öldürən» anlamında işləndiyini deyən Avrosentrizm kahinlərinin axmaklığına gülməmək mümkün deyil. Əslində bu söz oğuzca bu gün də dilimizdə işlənən «ARVAD» sözünün özüdür. Bu sözün etimoloji mənasına vardıqda isə «Zirək ər» mənası daşıdığını (M. Kaşğari) görə bilərik. Avrosentristlərin bu yozumu sakların (sangların) amazonlara «oirpata» deməsindən qaynaqlanır və onların doğulan oğlan uşaqlarını öldürməsiylə izah olunurdu. Amma sadəcə bu söz qadına verdiyimiz bir addır. «AMAZONKA» sözünə gəlincə isə, sadəcə qeyd edim ki, bu söz də oğuzca «AMA (MƏMƏ) ƏZƏN» deməkdir və onların sağ döşlərini 13-14 yaşadək sağ döşlərini burub bağlayaraq inkişafdan saxlamaları və ya gec olarsa, kəsmələri ilə bağlıdır…

Bu yaxınlarda türkoloq alimimiz Elşad Əlili indiyədək oxunmamış İssık göl camı üzərindəki sak yazısını oxudu: «OGA SEN AND İÇ SAK.SÖZ ERENG ÖGÜNE SƏS-ÜNİ ERİR ÜZƏ» (Sak bu andı öz xalqının adıyla iç). Oxunmuş mətnin sözlərində irandilli nəsə varmı?


Bir daha tariximizə könül verən gəncliyimizə SANQ-SAK-İSKİT-SKİF və s. adlarla bizdən uzaqlaşdırmaq istədikləri tariximizi öyrənin.Türk öz tarixini öyrənmək üçün bu yolu keçməlidi və dünyanın ilkin fatehləri omuş əcdadlarımızın buraxdığı mirasa sahib çıxmalıyıq. Ortaya tam yeni konsepsiya qoyulmalıdır.


Bu xülasə nəşr olunmamış «Dilin tarixi,tarixin dili» kitabından ixtisarlarla lakonik şəkildə götürülüb.

Bu xəbəri paylaşın: